Ol mənəm kim, ölmüşəm hicrindən, ey simin bədənGər dilərlər nagəhan ölmüş ğərib içün kəfən.

Ey sənəm, tax boynuma zülfi-siyahından mərəsKim, gərək anın təki zünnarə, mən tək brəhmən.

Sən gedəndən bərlü, ey firdövs bağın gülşəni,Lalə qandur gözlərümdə, ğönçə peykan, gül tikən.

Yar getdi, ey könül, mən qaldumü sən yarsız,Möhnəti-hicran əgər budur, nə sən qalgil, nə mən.

Səndən ayru, ey güli-xəndan, qılurmən çak-çak,Ğönçə tək əgnimdə gər yüz təh bolursa pirəhən.

Degil, ey badi-səba Misrin sipəhsalarınaKim, ğəmindən oldu ol miskin sakini-beytül-həzən.

Mərhəba, ey sən səfərdin yengi yetmiş mahrü,Şükr, bari kim, səni bir daxı gördük sağ-əsən.

Макта — последний бейт с тахаллусом поэта. Çıxmaya kuyin həvası Kişvərinin başıdan,Ol zaman daxı ki, dutsa toprağ altında vətən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви