Heyif səndən
Dəyərini duymamaqBağışlanmaz suç imiş.Bircə quruşa dəyməz,Sənsiz dünya heç imiş.Sənsizliyin ünvanıBu dünyada köç imiş, –Heyif səndən, ay ürək.
Hər gün ağrıtdım səni,Ağır bir cəza verdim.Sudan oda tulladım,Oddan ayaza verdim.Heyif, çox gec anladım,Çox tez güdaza verdim, –Heyif səndən, ay ürək.
Gündə bir arzudasan,Gündə bir həvəsdəsən.Döyünüb çırpınırsan,Can adlı qəfəsdəsən.Ürəyimə toxunur,Deməsinlər xəstəsən, –Heyif səndən, ay ürək.
Gecə-gündüz çəkdiyinBu ahlar yıxıb səni.Dirigözlü açdığınSabahlar yıxıb səni.
Zəhərlənmiş kimsələr,Timsahlar yıxıb səni.Allahdan xəbəri yox“Allahlar” yıxıb səni, –Heyif, min dəfə heyif,Heyfi səndən, ay ürək.
Almaniya, Bilefild, 2004, 7 noyabr
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-heyif-senden
Клавиши ← → для перехода, R — случайное стихотворение