Mövzularmı yoxa çıxdı,duyğularmı tükəndi,Bəlkə, daha deyiləsisözü yoxdur şairin.Ürəyin qapılarıgözəlliyə bağlanıb,Bəlkə, daha görmək üçüngözü yoxdu şairin.

Yüzilliklər, minilliklər gəlib-keçir aradan,Zaman özü bircə-bircə seçirağı qaradan.Hər şairə öz yanında yer göstərmirYaradan,O dərgahda biri varsa, yüzü yoxdurşairin.

İlham dağın çeşməsidir,söz çəmənin çiçəyi,Haqdan gəlsə solan deyil,sözün bircə ləçəyi.Bəndə ilə danışmağa yoxsadili, dilçəyi,Allah ilə görüşməyə üzüyoxdur şairin.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов