İlahi, min şükür yaratdığına
Bir gündə min dəfə şükür deyirəm,İlahi, min şükür yaratdığına.Göylərin payıdı, enib torpağa,İlahi, min şükür yaratdığına.
Pətəyi çəməndən, balı çiçəkdən,Sevgisi beşikdən, eşqi bələkdən,Payı gözəllikdən, nuru mələkdən,İlahi, min şükür yaratdığına.
Baxışı ulduzdan, işığı Aydan,Axarı çeşmədən, ləngəri çaydan.Günəşi bahardan, alovu yaydan,İlahi, min şükür yaratdığına.
Arayan narahat, aranan gözəl,Darayan bəxtəvər, daranan gözəl,Yaradan müqəddəs, yaranan gözəl,İlahi, min şükür yaratdığına.
Gözüm gözəlliyin həsrəti, acı,Gözəllər başımın cığası, tacı.Sən Allah, o bəndə, mən tamaşaçı,İlahi, min şükür yaratdığına.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-ilahi-min-sukur-yaratdigina
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О божественной любви
Ağlamaqdan gülməz imiş şad olub bir dəm qəribFikri-zikri olubanu dərd ilə ney dəm qərib
La'l-i lebleri câna şükr artururLa'l-i lebleri câna şükr artururŞükri şekker şekkeri şükr arturur
ز سودای سر زلفش سرم دنگ است و سوداییبیا ای دنگه سر صوفی! ببین تا در چه سودایی
Лаали-манзуме, глава 41ایداده وجود را صفای دگریظاهر ز تو نور کبریای دگری