İşığında
Ömrün yollarında yanan çıraqdı,İnsanın eşqi var göz işığında.Günəşin gücünü, Ayın nurunuHər ürək yaşadar öz işığında.
İşıqlı arzular ürəyə yatar,Süzülər sinədən söz qatar-qatar.Gözəllər könüldə gur ocaq çatar,Sevənlər qaynaşar köz işığında.
Alışar nəfəsi, qaynar ilhamı,Qalmaz gözlərimdə istəyi, kamı.Odlu sətirləri yandırar şamı,Şair həyat tapar söz işığında.
1974, 26 dekabr
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-isiginda
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Səndən xatircəməm, Füzuli babam,Qəbrinin daşından öpüb gedirəm.
Kərbəla torpağıKərbəla düzündən torpaq götürdüm,Axdı damarımda qan oldu torpaq.
Həzrəti Əliyə qəsd olan gecəO gecə gözünə getmədi yuxu,Fikri, düşüncəsi getdi dərinə.
Kərbəla səfəriYol yoldaşım, səfər dostum,*şərqşünas alimimiz*
Стихи других поэтов · О любви
Məndən yüz döndərən zalım bivəfa,Səni görüm bir azara gələsən,
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
Mənzilim dərgahi-cananımda bolğay kaş kiMənzilim dərgahi-cananımda bolğay kaş ki,Ya ona mənzil mənim canımda bolğay kaş ki.
BülbülSəhər-səhər dad-fəryad edincə,Varıb bağ küncündə yatsın bülbül,