Xoş söz ağız şirinliyi,Səmimiyyət eşqin tacı.Rəndə tutmaz, sığal görməzKöntöylüyün yox əlacı.Qəlbi xain, dili zəhərDanışanda acı-acı,Şirin olub, söhbətimiŞirin salmaq istəyirəm.

Bir ürəyin yanar səsiÇatmayanda qulaqlara,Göz yaşımı döndərirəmAxıb gedən bulaqlara.Qanad açıb, qədəm basıbYaxınlara, uzaqlara,Haray çəkib, dağa-daşaBir ün salmaq istəyirəm.

Ömrün-günün sınağındanHarda üzüağ çıxanda,Pələng dişli ölümlərinPəncəsindən sağ çıxanda,Qayaları qat-qat olubQarşıma bir dağ çıxanda,Fərhad kimi xəyalımaŞirin salmaq istəyirəm.

Dayan şimşək, qoy eşidimDağ nə deyir duman haqda.İtil şübhə, qoy düşünümÜmid haqda, güman haqda.Səksəkəli, qorxuluyamBu narahat zaman haqda.Rahat olub, ürəyimiSərin salmaq istəyirəm.1976, 15 mart

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов