Zəlzələ
Yer niyə titrədi ayaqlar altda?Bəlkə, günahımız titrədir yeri.Hər ölüb gedənlə torpaq altınaGömülən ahımız titrədir yeri.
Dəqiqə nə gərək, saat nə gərək,Bir neçə saniyə onun bəsidi.Allahlıq eşqinə düşənlər üçünAllahın insana işarəsidi.
Cilovu çəkilməz, ovsuna yatmaz,Yoxluğa çevirər bütün varlığı.Heyif ki, insanı dəyişə bilmir,Allahın bu qədər xəbərdarlığı.
2000, 6 dekabr
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-zelzele
Клавиши ← → для перехода, R — случайное стихотворение