Kəlbəcərdən gələn qarı
Ərişindən, arğacından,Sürüsündən, arxacından,Meşəsindən, ağacındanayrı düşən,Allı-güllü alçasından,Lilparından, dolçasından,Xanasından, xalçasındanayrı düşən,Barını yellər aparan,Baxtını sellər aparan,Qazancını-irəncini,Fitnələr, fellər aparan,Canı üzgün, rəngi sarı –Kəlbəcərdən gələn qarı.
Üzündə rüzgarın nəmi,Gözündə dünyanın qəmi,Kürəyində əsrin yükü,Ürəyində dərdin kökü,Çiynində evi, şələsi,Beynində topların səsi,Tökülən gözünün yaşı,Sökülən bağrının başı,Canında qışın sazağı,Saçında dağların qarı,Bir yuvanın uçan quşu –Kəlbəcərdən gələn qarı.
Təzəsi, köhnəsi gedən,Çörəyi, təhnəsi gedən,Arxının suyu dağılan,Sökülüb dəhnəsi gedən,Bir zamanlar çox sevdiyi,Dünyadan zəhləsi gedən,Pətəyindən ayrı düşüb,Səs-səmirsiz ölən arı –Kəlbəcərdən gələn qarı.
Dan atmamış yerdən durub,Günəşdən tez doğasıydı.Buzovunu əmizdirib,İnəyini sağasıydı.Bişirməyin, düşürməyin,Dilbiləni, anasıydı.Sərnici dolub-boşalıb,Nehrəsi çalxanasıydı.Ondan ötrü bülbüllərin,Yuvasını hardan alım.Ondan ötrü Kəlbəcərin,Havasını hardan alım.Bağbanına güllə dəymiş,Bir bağçanın solan barı –Kəlbəcərdən gələn qarı.
Dağ-dağ olmuş dağımdımı,Talan olmuş binəmdimi?Zülüm çəkmiş başımdımı,Yaralanmış sinəmdimi?Oğlu ölmüş anadımı,Yurdu itmiş nənədimi?Birdən-birə dərəsi düz,Dağı dönüb aran olan,Eşqi sönən, çarxı dönən,Od-ocağı viran olan,Qapısına-bacasına,Məhləsinə qırğın düşən,Qaçaqaçda, qovhaqovda,Tor-top olub yorğun düşən,Dərdin dostu, qəmin yarı –Kəlbəcərdən gələn qarı.
Yanğın düşən bir meşədi,Boyun bükən bənövşədi.Qəlbi qara daşa dəymiş,Pul-pul olan bir şüşədi.Bəxti düyünə düşəndə,Ağlamaq da bir peşədi.İlin, günün bu vaxtında,Onu belə duran görsə,Şəmşir ağlar zarı-zarı,Saz üstündə qan-yaş tökər,Kəlbəcərdən gələn qarı!
Ömrümüzdən ömür kəsən,O qarının baxışı da,Baxışdakı buludu da,Buluddakı yağışı da,Onu yurda qaytarmağa,Qeyrət gəzir, ağıl gəzir.Onu yurda qaytarmağa,Bir xilaskar oğul gəzir.Onu yurda qaytarmasaq,O qarının baxışları,Üzümüzə dəyən şillə!Başımıza enən qapaz,Gözümüzə dəyən güllə!Daha bəsdi durmağımız,Daha bəsdi yatmağımız.Daha bəsdi bu millətin,Günahına batmağımız.
Gəlin, bir az silkələnək!Gəlin, bir az heyrətlənək!Gəlin, bir az qeyrətlənək!Əlimizi yalın görüb,Gönümüzü qalın görüb,Tüpürməsin bizə barı,Kəlbəcərə qayıdanda,Öpsün bizim alnımızdan,Kəlbəcərdən gələn qarı!!!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-kelbecerden-gelen-qari
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Beyindən bir fikrin toxumu düşsə,Qəlbin torpağında cücərməlidir.
OlandaQış da bahar kimi yatar meylinə,Odunun, ocağın, istin olanda.
ÇəkirƏllərin şeirimə verir sığalı,İlmələr işləyir, naxışlar çəkir.
UzaqlaşarsanHeyranam gəzdiyin düzə, çəmənə,Adın çiçək adı, özün gül kimi.
Стихи других поэтов
Başına döndüyüm, ey şahi-xuban,Şikəst verir yeni aya qaşların,
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
KəməndTa müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd
Bir səhər piri-muğani çün ziyarət eylədimBir səhər piri-muğani çün ziyarət eylədim,Ayağında baş qodum, çox-çox ibadət eylədim.