Kimə verəcəksən bu çiçəkləri?
Yaşıl yaxalardagül dərən gözəl,Gül olub, könlümügüldürən gözəl,Kimə verəcəksənbu çiçəkləri?
Düşdüyün sevdanındadını söylə,Söylə, doğmasını,yadını söylə.Bəlkə, tanıyıram,adını söylə,Kimə verəcəksənbu çiçəkləri?
Dər bu çiçəkləri,dər, gözəl mələk,Dərdikcə ruhumasər, gözəl mələk.Sənə min göz iləbir şair baxır,Rəngi tül, yanağızər, gözəl mələk.
Duymuşam qəlbindənkeçənləri mən,Ulu məhəbbətə,uca sevgiyə,Dinə verəcəksənbu çiçəkləri.Mənim ürəyimdədoğan sevgiyə,Günə verəcəksənbu çiçəkləri.Bilirəm, getməzsənməndən uzağa,Dünyaya gül şeirigətirmək üçün,Mənə verəcəksənbu çiçəkləri..2002, 6 sentyabr
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-kime-vereceksen-bu-cicekleri
Клавиши ← → для перехода, R — случайное стихотворение