Köçaköç başlanıb çöldən, çəməndən,Güllər ürəyinə köçür şairin.Sular zümzümədə, çaylar harayda,Sellər ürəyinə köçür şairin.

Toxumu tutarlı, meyvəsi dadlı,Vurğunu, heyranı piyada, atlı.Sünbüllü, zəmili, bağlı-bağatlı,Çöllər ürəyinə köçür şairin.

Gözəllər utancaq, mən açıq-saçıq,Açıqlıq Allaha gəlməsin acıq.Qəlbin qapıları taybatay açıq,Ellər ürəyinə köçür şairin.

Dağ yolu, bağ yolu, təbiət yolu,Eşq yolu, pir yolu, mərhəmət yolu,Bir sevda uğrunda min zəhmət yolu,Yollar ürəyinə köçür şairin.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе