Ürək-palıd
Heç kəsin namərdliyiqorxuda bilməz məni,Bircə sən namərd çıxma,göstər əsl mərdliyi.Sən elə duruş gətirtufanların önündə,Sənə həsəd aparsınPalıdların duruşu,qayaların sərtliyi.
Mən bir palıd görmüşdüm,otuz il bundan qabaq,Şimşək çaxdı başında,bürüşüb yıxılmadı.Tufan yıxmaq istədi,alov yıxmaq istədi,Nəhəng gövdə, şax bədənYerindən oynasa da,kökündən yıxılmadı.
Çəkildi qara bulud,bulud altdan çıxdı gün,Çaxıb getmişdi şimşək,palıd yerində idi.Niyə yıxa bilməditufanlar o nəhəngi,Eşqi Tanrı yanında,kökü dərində idi.
O şax palıda bənzə,mənim qaynar ürəyim,Təngnəfəsəm deyibparçalanma, sıxılma.Düşmənim qəh-qəh çəkər,dostum yas tutub ağlar,Sənə yıxılmaq olmaz,sən möhkəm ol, yıxılmal
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-urek-palid
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Ala gözlü, sərv boylu dilbərim,Həsrətin çəkdiyim canan, bəri bax.
Qəzəl: Yoxdur səbatı fəsli-gülün, ey həzar, heyfYoxdur səbatı fəsli-gülün, ey həzar, heyf,Bir göz yumub açınca keçər nobahar, heyf
گر این طرز سخن در شاعری مسعود را بودیبه جان صدآفرین کردی روان سعد سلمانش
Gəraylı: Könlüm istər görəm yarıKönlüm istər görəm yarı,Üç gündə bir, beş gündə bir,