Şərəf
Dünyaya gəlmək — şərəf,Bu yurd üçün ağlayıb,Yurd üçün gülmək - şərəf.Ümid yerinə dönüb,Gözyaşı silmək — şərəf.Bu yurdda hər zərrəninQədrini bilmək — şərəf.Dərdsiz insan olarmı,Yarasız xalq olarmı,Dərdi də, sevinci dəPaylamaq, bölmək — şərəf.Döyüşdə əsgər olmaq,Torpaqda səngər olmaq,Millət üçün ağlayıb,Xalq üçün ölmək - şərəfl
2006, 2 aprel
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-seref
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Şair, bu gün şeirini evdə yox, səngərdə yaz
Yapılan cinayətin çək üzünə şilləni,Qurulan xəyanətin vur gözünə gülləni.
Ağsaqqal sözüOğul, elə saxla qəlbi, ürəyi,Göy kimi boşalıb-dolandan olsun.
TaleyimizƏlimiz qısadı, dilimiz gödək,Hanı tüfəngimiz, topumuz bizim.
Mənim yazıq qələmimNə millət vəkiliydim, nə vəzifə sahibi,Mən fikir əzabkeşi, mən qələm adamıyam.