Mənim yazıq qələmim
Nə millət vəkiliydim, nə vəzifə sahibi,Mən fikir əzabkeşi, mən qələm adamıyam.Naşıların əlində oyuncağa çevrilənBəxtiqara millətin bəxti kəm adamıyam.
Sabahım dumanlıdı, bu günüm səksəkəli,Boylandığım yollara çiskin enir, çən düşür.Gələcəyin önündə gözlərimiz kölgəli,Güvəndiyim qələmdi, o da gözümdən düşür!
Bu nə cür qələmdi ki, Laçın əldən gedəndə,İldırıma çevrilib alışmadı, sönmədi.Qırılanda Xocalı, veriləndə Kəlbəcər,Yağıların başında şimşəklərə dönmədi!
Dəlidağ özü boyda qəmli heykələ döndü,Dağ verdik, qaya verdik, tala verdik düşmənə.Sümüyü sızıldadı məzarda Pənah xanın,Şuşa kimi alınmaz qala verdik düşmənə.
Mərmilər şığıyanda, tanklar, toplar dinəndə,Yandırır yeri-göyü, dağ bilmir, dərə bilmir.Dağlar qana boyanıb, qayalar diksinəndəMin qələm bir güllənin yerini verə bilmir.
Yalan sözdü qələmin süngüyə çevrilməsi,Qələm ancaq qələmdi, süngü, avtomat deyil.Çörəkdən çox millətə silah gərək olarmış,Sözə arxayın olub yatmaq bir həyat deyil!
Sənə yazığım gəlir, mənim yazıq qələmim,Söz yerinə torpağa silah əkə bilmədin.Ələsgərin qəbrini dağıtdılar, ağladın,Vaqifin məzarına keşik çəkə bilmədin.
İyirminci yüz ilin ağır gəldi axırı,Şəhid qanına batmaq sənin payına düşdü.Sənin vaxtına düşdü ağrıların ağırı,Dərdi baş-başa çatmaq sənin payına düşdü.
Sənin payına düşdü qara bəxt, qara yazı,Şəhidlərin məzarı qazıldıqca qazıldı.Mürəkkəbin qurudu qızıl qanı görəndə,Yazdıqların nə varsa, göz yaşıyla yazıldı.
Yaralı şairiyəm yaralanmış torpağın,Sevincim – ömrü gödək, kədərim-qəmim yazıq.Gülüş yoxsa gözündə bu gün Azərbaycanın,Yazılan kitablarım, yazan qələmim yazıq!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-menim-yaziq-qelemim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
“Xəzər” jurnalının 2-ci sayında (1977) sevimli yazıçımız Mövlud*Süleymanlının “Ev ruhları” əsərini göz yaşı içində oxudum. Didər -*
Vətən yaralarıDedilər ki, bu axşam Kəlbəcər də verildi,Bəd xəbər ürəyimdə açıldı şırım kimi!
Göyçə dərdiGöyçə dərdi – göyüm-göyüm göynəyən,Sızım-sızım sızıldayan yaramdı.
Göyçə – Göyçəyim laylaQızılı əlimizdən külçə-külçə aldılar,Torpağı əlimizdən ölçə-ölçə aldılar.
Стихи других поэтов · О родине
Bir quru adınla könlüm sevindi,Nə çörək olmusan, nə şöhrət mənə.
Qalxdıq təzə torpaq, təzə adamtəkAlın yazısıtək bir gecədə,Daşlı, kəsəkli bir küçədə
Bir günKönül, gəl əl götür bu qəm-qüssədən,Sənin də yurdunda toy olar bir gün!
Şübhənmi var?Ey könül, dar-i fənadan köçməyə şübhənmi var,Ol əcəl cami-şərabın içməyə şübhənmi var,