Mələk ölümü
Ölüm, başım üstə çox yellər əsib,Sən son dayanacaq, son duracaqsan.Bilirəm, nə vaxtsa qarşımı kəsib,Damarda qanımı donduracaqsan.
Əcəlim qoy gəlsin ağsaqqalyana,Ey tufan, qabarma, ey külək, əsmə.Mələk ölümü ver, nuş olsun cana,Ey fələk, hay-küylə başımı kəsmə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-melek-olumu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Görünməmiş bir sənətmi yaradıb,Bu qız niyə havalanıb görəsən?
“Sarıtel” oxuyan qaratel gözəlSən Günəş nurusan, qar işığısan,Yerdə yer, göydə göy yaraşığısan.
Bircə məni xatırlaÖmrü-günü uzun olsa həsrətin,Göz yaşında bir çiməni xatırla.
Qayıdaq əvvəlki xatirələrəBu gündən sabaha uzanmasın əl,Hələ sabahlara baş vurmayaq, gəl.
Стихи других поэтов · О смерти
Xəlqə şərh etmək qəmi-hicrin nə hacətdir mənə!Laləvəş sinəmdə dağların şəhadətdir mənə.
Qara paltarlı qadınKişilər bir olmur, atam balası, -qorxağı var,
Axır çərşənbə duasıİlahi, səni and verirux sədrinin sədaqətinə, kərə yağının kəramətinə, cəmi Əli şiəsin axirçərşənbə gecəsi halvanın qəbrinə zəvvar elə! İlahi, səni and verirux plovun zülfi-pərişanına, sən bizim əlimizi xuruşun damənindən kəm və kutah eləmə. Ya Qəffar, xudaya--xudavənda, səni and verirux püstənin dəhanitənginə, xurmanın rənginə, biz əhli-Şəbüstəri mübarək yeddi lövünün şəfaətindən məhrum və binəsib eləmə. İlahi, səni and verirux abduq ilə qəndabın pilov dövrəsinin ətrafında çəkdiyi zəhmətə, o gecə bizim övrətə bir huş və baş kəramət elə, yağ-düyünü xərab edib, ovqatımı təlx etməsin, uşağı ağlaya-ağlaya qoyub, qonşuya çubuq çəkməyə getməsin.Ey axırçərşənbə gecəsi yatıb, səhər tezdən quşlar ziyarətinə gedən xanımlar, "Amin" deyin! Ey çehil-yasin suyu kimi gəndov suyunu istemal edib, məraminə nail olanlar, ucadan "amin" deyin. Xudaya-pərvərdigara, səni and verirux küçələrimizin zığına, hamamlarımızın kəsafətinə, cavanlarımızın bığına, sən bu yalançı müsəlmanların imanını kamil elə. Ey on tümənə yüz tümən müamilə alanlar, ey evini, bağını girov qoyanlar, "Amin" deyin!
Qəbir yeriYaz olar, yarpaqlar yoxdan var olar,Tanrının kölgəsi düşər üstünə.