Məndədi
Dərdimə dərman axtarma,Dərd məndə, dərman məndədi.Ərzimi şaha söyləmə,Güc məndə, fərman məndədi.
Köhnə dünyanın qəmiyəm,Bütün qəmlərin cəmiyəm.Sünbül dolu bir zəmiyəm,Dən məndə, xırman məndədi.
Damarda qan ölür, ölsün,Cismimdə can ölür, ölsün.Bir Zəlimxan ölür, ölsün,Neçə Zəlimxan məndədi.
2006, iyun
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-mendedi-2
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Gəldim Qarabağa bahar çağında,Öpdüm, əzizlədim torpağı burda.
DayanmazGözə baxdım, gözəlliyə can dedim,Heyf, o da gözdə, qaşda dayanmaz.
Salam yetirGedirsən, ay eloğlu, dinlə məni ürəkdən,Orda mənsiz ömr edən illərə salam yetir.
GetmərəmSu içmişəm bulağından dağların,Bulaq olub süzülməmiş getmərəm.
Стихи других поэтов
Dəli könül, nə məlulsan,Məgər ol nazlı yar getdi,
AğlaramSənin ilən keçirdiyim günləriEy sevdiyim, indi anıb ağlaram
Hər kimə həmrah Fəzlullah olaHər kimə həmrah Fəzlullah ola,Ana fəzli-feyz ol Allah ola.
Gəraylı: Fələk, sənə nə adətdirFələk, sənə nə adətdir,Ayrılmaq yarı yarından,