Mənim ölümüm də gözəl olacaq
Kiminsə başına vaxtsız yağsa qar,Ruhum oda dönər, buza çevrilər.Qəlbimdə bir aşiq kövrəkliyi var,Toxunan oldusa, saza çevrilər.
Tər çiçək ömrünü yaşaya bildim,Solub gedəcəyəm tər çiçək kimi,Kəpənək ömrünü yaşaya bildim,Ölüb gedəcəyəm kəpənək kimi.
Tez-tez dəyişəcək fəsli, iqlimi,Yamyaşıl yarpaqlar xəzəl olacaq.Haqqa inanıram, həyatım kimi,Mənim ölümüm də gözəl olacaq.
2001, 18 aprel
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-menim-olumum-de-gozel-olacaq
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Yenə, a Saraçlı, nə yandırırsan,Qəlbində sızlayan kamanınmı var?
Dur ayağa, məmləkətim!Düşmən bilir bu torpağın altı nədir, üstü nə,Onunçün də od yağdırır gecə-gündüz üstünə.
QələbəBaxdım baxışlara, baxdım gözlərə,Alışan gözlərdə qələbə gördüm.
Goranboydan gəlirəmGoranboydan gəlirəm, yuxulu, səksəkəli,Yatammıram, yuxumu səngər ərşə çəkəli.