İnsan
Vaxt olur, ox kimi çıxır yayından,Vaxt olur, yay kimi qırılır insan.Bir gündə neçə yol ölür, qurtarır,Bir gündə neçə yol dirilir insan.
Batır saray kimi, çökür him kimi,Talelər sərtləşir sərt iqlim kimi.Nəm çəkən, qəm çəkən sarı sim kimi,Zora düşən kimi qırılır insan.
Gözündən vururlar, görmür dünyanı,Dizindən vururlar, tökülür qanı.Əriyə-əriyə üzülür canı,Yeriyə-yeriyə yorulur insan.
Yollarda qazanır günahı, suçu,Halaldan, haramdan karvanı, köçü.Palçığa baxanda bulanır içi,Çeşməyə baxanda durulur insan.
Qisməti savaşdı yaranışından,Keçdi fəsillərin qarlı qışından.Dərdlə ayağından, qəmlə başından,Sözlə ürəyindən vurulur insan.
Pay olur küləyə, yem olur yelə,Dərd çapır atını belədən-belə.Yaş olub çevrilir yağışa, selə,Daş olub divara hörülür insan1.2002, 4 iyul
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-insan-3
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Xocalı qırğını ilə bağlı Rəsul Həmzətov Azərbaycan*Yazıçılar Birliyinə başsağlığı teleqramı göndərib.*
İranın Azərbaycandakı səfiri Əfşar Süleymaniyə açıq məktubGərək sərhəd gözləsinBir dövlətin adından
Bir kövrək havadı sazımda KərkükTürkiyə qətiyyət göstərməsə, bizi də itirər,Türk dünyasını da, özünü də.
Qürbətdə görüş1991-ci ilin qış günləri idi. Dostlarım məni Qaza xıs -tanın Çu vilayətinə görüşlərə dəvət etmişdilər. XX əsrin
Стихи других поэтов
Ay ariflər, nə bəlalı qul oldum,Gecə-gündüz ahu-zara qalmışam.
Müsəmmən: Əlminnətü lillah ki, murad oldu müyəssərƏlminnətü lillah ki, murad oldu müyəssərBəzm içrə mənə uğradı rəna iki dilbər
DüşdüAy həzarat, ay camaat,Dağa qar düşdü, qar düşdü.
GördümQarlı dağlar aşdığın varmı,Ac qurdlarla ulaşdığın varmı,