Mərd elə məni
Allahım, qarşıdan bir tufan gəlir,Yükü qırğın gəlir, yükü qan gəlir.Ömrümə-günümə imtahan gəlir,Mərd elə, mərd elə, mərd elə məni!
Qoyma can üzülə, ürək sıxıla,Duyğular sinədə yana, yaxıla.Qoyma dağ əyilə, palıd yıxıla,Sərt elə, sərt elə, sərt elə məni!
Poladdan möhkəməm, ipəkdən həlim,Verdiyin ilhamdı mirvarim, ləlim.Bir gün ətəyindən üzülsə əlim,Bütün ömrüm boyu pərt elə məni!Pərt elə, pərt elə, pərt elə məni!
Ümidə çevrilsin ünvanım, adım,Güvənsin eşqimə yaxınım, yadım.Görsən bir şərəfsiz ömür yaşadım,Özünə ən böyük dərd elə məni!Dərd elə, dərd el, dərd elə məni!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-merd-ele-meni
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bütün yaralılar baş-başa versə,Yoxdu mənim kimi yaralanmışı.
Halımı soruşub necəsən deməHalımı soruşub necəsən demə,Hər saat qulağı səsdə gəzirəm.
Kim bilir?On il bundan əvvəl hardaydı fikrim,On il bundan sonra harda, kim bilir?
Qoy yatım, yuxudan qaldırma məniQışda doğulmağım bəs edər mənə,Məni öldürəndə yaz öldür, Allah!
Стихи других поэтов
Yaxşılıq, yamanlıq borcdur dünyada,Mərdanəsən, gəl yaxşılıq elə sən.
FələkƏlindən eylərəm kimə şikayət,Axır məni xar etdin fələk,
Həsbi-halŞəxsimə aid bir bədbəxtliklə qara fikirlər edib, düşündüyüm zaman müğləq və qeyri-müəyyən əhvalımı təsvir üçün bilaixtiyar qələmə aldığım şu bir neçə bəndləri dərci-stuni-«Füyuzat» edərək, bir növ sakitləşmək arzusundayam. Çünki demişlər nəql etdikcə dərd azalar.Qaranlıqdır bana dünya.
Eşq əhli bu afaqda rüsva gərək olsunEşq əhli bu afaqda rüsva gərək olsun,Məcnun kimi sərgəşteyi-səhra gərək olsun.