Möcüzələr dövrünə o bir möcüzə gəldi
Ey kitab əhlil Peyğəmbərlərin ardı-arasıkəsildiyi bir dövrdə: “Bizə nə bir (cənnətlə)müidə verən, nə də bir (cəhənnəm əzabı ilə)qorxudan kimsə gəldil” - deməməyiniz üçünsizə Peyğəmbərimiz (Məhəmməd) gəldi. Artıqsizə müidə verən və qorxudan (xəbərdarlıqedən) kəs gəlmişdir. Allah hər şeyə qadirdirl(Cəl-Maidə” surəsi, 19-cu ayə)
Ulu Tanrı insan üçüngörün nələr yaratdı,Ağıllara sığışmayanmöcüzələr yaratdı.İlk dəfə bir insan kimio, Adəmi yaratdı.Möcüzələrlə dolubir aləmi yaratdı.O, atadan olmadı,doğulmadı anadan,Onu belə yaratdıTanrı başdan-binadan.Ağac ilana döndü,ilan isə əsaya,Verdi möcüzəsiniO, Həzrəti Musaya.Gəldi neçə möcüzə —Həzrət İsaya gəldi,O bir peyğəmbər kimiseçildi, saya gəldi.
Min illərdi elə bildünya ona tanışdı,Beşiyində dil açdı,bələyində danışdı.Bəndənin üzərindəolsa Haqqın nəzəri,Balığın qarnında daSağ-salamat saxlayarYunustək peyğəmbərilTəfəkkürdə, ağıldanələr yaratdı, nələr,Məhəmməd zamanındayaranan möcüzələr.Ucalan saraylarıçəkilən bir ah yıxar,Könül evi yıxanınevini Allah yıxar.Fili nə sərt enişlər,nə sərt yoxuşlar yıxar,Əgər Allah istəsə,filləri quşlar yıxar.Allahın əmrindədirgöy üzünün quşları —Əgər Allah istəsə,Kəbə yıxmaq istəyənƏbrəhələr”” başınayağdırarlar daşlarılBu da bir möcüzədir,Haqqa düşmən olananifrət möcüzəsidir,Allahın öz evinərəğbət möcüzəsidir.Ən böyük möcüzəsinMəhəmmədə göndərən,Quranla fikirlərigülüstana döndərən,Qadiri-qüdrət olanYaradandı, YaradanlBöyük möcüzələrio endirər yerlərə,Ən böyük dərdləri dəo qaldırar aradan.
Dünyaya gələn kiminurla göz-gözə gəldi,Möcüzələr dövrünəo bir möcüzə gəldi.O qədər nurlandı ki,yollar, izlər, cığırlar,Min ilin köhnəsi dəhamıya təzə gəldi.
Yağıştək səpələdiulduzlar işığını,Göylər yerlərə verdio gün yaraşığını,Haqq sözü əzizlədiöz yetim uşağını,Onu ziyarət üçündağ endi, düzə gəldi,Möcüzələr dövrünəo bir möcüzə gəldi.
Kürəyində görəndəpeyğəmbərlik möhrünü,Doğmaları çoxaltdıülfətini, mehrini,O bir nur parçasıydı,açdı könül şəhrini,Baş endirdi önündə,zirvələr düzə gəldi,Möcüzələr dövrünəo bir möcüzə gəldi.
Yayıldı bu xoş xəbərHaqqa, ərşə, zəminə,Elə bil son qoyuldubu dünyanın qəminə,Arzular qanadındaucalanda ƏminəAnanın bu sevinciçoxaldı, yüzə gəldi,Möcüzələr dövrünəo bir möcüzə gəldi.
Dedi: “Gərək indidəno seçilə, sayıla,Adı, səsi-sorağıyer üzünə yayıla”,Allahın tapşırığıyetişdi Cəbrayıla,Mələk ilə Məhəmmədo gün üz-üzə gəldi,Möcüzələr dövrünəo bir möcüzə gəldi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-mocuzeler-dovrune-o-bir-mocuze-geldi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Nəğmə istəyirəm, elə nəğmə ki,Eşqimə, ruhuma həmahəng ola.
Ustad aşığaÜrəklər bu gün də əzizlər onu,Nəğməli dillərin Ələsgəridir.
MaralSəni xəstə görüb gələndən bəri,Mənim də xəyalım xəstədir, Maral.
Aşıq AbbasQaytar o dağların qoynuna məni,Şirin bir qaytarma çal, Aşıq Abbas.