Джам-и Джам, глава 96
Что такое маснави?
Маснави: длинная поэма, где каждый бейт рифмуется внутри себя; обычно эпос или повесть.
به ریا روی در خدای مکنپیش یزدان به زرق جای مکن
Riyayla Allaha tutma üzünü,Hiyləylə araya soxma özünü,
هر نمازی و و طاعتی که تراستبوریایی نیرزد، ار بریاست
Hiyləyə əl atsa bu yolda hər kəs,Taəti, namazı bir çöpə dəyməz.
دیگری خواه باش و خواه مباشخصم چون دید گو: گواه مباش
İstərsən başqa ol, istər olma sən,Qoy sənin şahidin olmasın düşmən.
کردهٔ خویش را منه سنگیوندرو از ریا مهل رنگی
Gördüyün iş üstə çalış daş tökmə,Riyadan üstünə həm boya çəkmə.
بر تو زیبا نمود کردهٔ توچون ندیدی که چیست پردهٔ تو
Görüb-tutduqların sənə xoş gəlir,Çünki görmürsən ki, qazancın nədir.
آنچه یاقوت گفتیش میناستچه فروشی؟ که جوهری بیناست
O yaqut dediyin şüşədir ancaq!Zərgər çox mahirdir, olmaz aldatmaq.
بر تو پوشیده جوهری چندستکه از آنجمله کار در بندست
Gizlidir bir necə şeylər səninçün,Odur ki, işinə düşmüşdür düyün.
زآن غلطها چو پا کشد راهتنبرد دیو فتنه در چاهت
Yolun o səhvlərdən olarsa təmiz,Fitnəkar div səni aldatmaz, hərgiz.
طاعت خود ز چشم خلق بپوشزان مکن یاد و در فزونی کوش
Gizlət taətini xalqın gözündən,Onu yad eyləmə, ancaq artır sən.
چون به طاعت نگه کنی گنهستعاشق خویش بین چه مرد رهست؟
Günahdır taətə nəzər yetirmək,Aşiqlər özünü görməsin gərək.
غیر در دل مهل، که راه کندکه چو ایزد درو نگاه کند
Qəlbində özgəyə yer vermə nahaq,Yaradan oraya nəzər salaraq,
اگر از دیگری اثر یابدروی صلح از دل تو برتابد
Orda başqasından görərsə əsər,Sülhün ayağını könlündən kəsər.
نیست اخلاص جز خدا دیدنکردن کار و کار نادیدن
İxlas, Yaradanı görməkdir müdam,İş görmək, o işi görməmək tamam.
تن به طاعت چو خوپذیر شوددر دل اخلاص جایگیر شود
Əgər öyrənərsə taətə bədən,İxlas salacaqdır ürəkdə məskən.
چون شد اخلاص را نشانه پدیدنور صدق آید از میانه پدید
İxlas nişanəsi olanda aşkar,Sədaqət nuru da ortaya çıxar.
نفسی جز به یاد حق نزندجز به فرمان حق نطق نزند
Haqqı yad etmədən çəkməz bir nəfəs,Allah əmr etməsə, danışmaz əbəs.
هر چه در کون و مکان بینداز ازل قدرتی در آن بیند
Yerlərdə, göylərdə nə görsə əgər,Onlarda ilahi bir qüdrət görər.
چون به حق جمله را حوالت کردبینش غیر او اقالت کرد
Hər şeyi Allaha verdiyim üçün,Özgəni görməyi rədd etmiş bütün.
از خود و دیگری خلاص شوددر ره از بندگان خاص شود
Özündən, özgədən qurtarar həmən,O, olar bu yolda xas bəndələrdən.
در محل صفا قدم راندهر چه غیر از وفا عدم داند
Səfa məskənilə addımlayar o,Vəfa olmayanı bir heç sayar o.
هر کسی مرد این مشاهده نیستشکر این فتح جز مجاهده نیست
Hər kəs bu məqama yetişə bilməz,Cəhdsiz bu zəfəri qazanmaz heç kəs.
آنکه خود را بدین نبرد زندلاف « هل من مزید» درد زند
Hər kim bu döyüşə girişsə əgər,Hər bir iddiadan, “məndən” əl üzər.
طاعتی را که با ریا بنیادبنهی، جمله باد باشد، باد
Riya üzərində qurulsa taət,Tamam başdan-başa küləkdir fəqət.
تا سر مویی از ریا باقیستهر چه گویی تو محض زراقیست
Səndə riya olsa bircə tük qədər,Ancaq saxtalıqdır, nə desən əgər!
Kitabxana.az · https://kitabxana.az/ru/works/ovhadi-cami-cem-96
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О божественной любви
Aləmin sərvəri, mərdin mövlası,Əvkvəlki seyrində asimanı gəzdin.
Yatmışdım, guşuma gəldi bir sədaYatmışdım, guşuma gəldi bir səda,Oyandım, əyləşib bir alişan şah.
Elm tərifində deyilibdirMÜXƏMMƏS**Aç qulağını bir eşit bu sözlərin ey bül füzul,
باز در دل ز غم عشق ملالی دارمچه دهم شرح چه گویم که چه حالی دارم