Джам-и Джам, глава 97
Что такое маснави?
Маснави: длинная поэма, где каждый бейт рифмуется внутри себя; обычно эпос или повесть.
سخنی کز سر معامله نیستعقل را اندرو مجامله نیست
بیرعونت قدم نخواهی زدبیریا هیچ دم نخواهی زد
آن نماز دراز کردن تووز حرام احتراز کردن تو
روز بر سفره نان نخوردن سیرپیش بیگانه شب نخفتن دیر
گاهی از چل تنان خبر گفتنگاه از ابدال قصه برگفتن
چیست؟ این چیست؟ گر نه زرق و ریاستراست روراست، گر ز بهر خداست
هیچ دانی که کیستند ابدال؟گر ندانی چرا نمیری لال؟
مرد غیب از کجا تواند دید؟آنکه عیب و هجا تواند دید
به ز ابدال بوده باشی توزانکه ابدال میتراشی تو
دیو تست آنکه دیدهای از دورچه کنی دیو خویش را مشهور؟
تو که کاچی ز رشته نشناسیدیو نیز از فرشته نشناسی
گر بگویی که: چیست در دستم؟بر نپیچم سر از تو تا هستم
بر چنین آتشی چه دود کنی؟بگریز از میان، که سود کنی
بر سر راه پادشاه و امیرمینهی دام و دانه از تزویر
بنشینی خود و دو باز آریعلما را ز خود بیازاری
بر زمین طعنه: کین گرفتاریستبر فلک بذله: کان نگونساریست
اختر و چرخ چیست؟ مجبوریغنصر و طبع چیست؟ مزدوری
نه به دانش دل تو گردد نرمنه سرت را ز خلق و خالق شرم
چیست این ترهات بیهوده؟نقرهای بر سر مس اندوده
تاجر از سود و از زیان گویدکاتب از خط و از بنان گوید
وزرا رای نیک و قربت شاهامرا شوکت و سلاح و سپاه
پیر سالوس را بپرسیدمگفت: من بارها خدا دیدم
آتشم درفتاد از آن نادانگفتم: ای دل، تو نیکتر وادان
اینکه پیغمبرست باری دیدوانکه موسیست نور و ناری دید
شیخکی روز و شب چو خر به چرااز دو مرسل زیادتست چرا؟
هر که حال به خویش در بنددکه ندارد، به خویشتن خندد
به تکبر مریز بر کس زهرگر امام دهی شوی، یا شهر
تا به چند از مقام رابعه لاف؟ای کم ارزن، زنخ مزن به گزاف
او زنی بود و گوی مردان بردهر کسی آن عمل که کرد آن برد
تو درم بر سر درم بستهما به رخ راه بیش و کم بسته
تو ندانسته سال و مه به خروشما بدانسته روز و شب خاموش
اینکه داری تو ما گذاشتهایمزآنچه داری تو شرم داشتهایم
ما به گم کردن نشان قدمتو به نقاشی رواق و حرم
گر چه چون ما تو پیر میگردیهمچنان گرد میر میگردی
پیش والی ولی چکار کند؟باشه چون پشه را شکار کند؟
اعتماد تو بر چماق امیربیش بینم که بر خدای کبیر
شیخ کو از امیر گیرد پشتاز خمیرش سبک بر آور مشت
تیغ درویش تیغ یزدانیستتیغ سلطان به شحنه ارزانیست
نفس گولست، سر به راهش کنکل فضولست، بیکلاهش کن
دره، کز دست بیگناه افتدسر قیصر چنان به چاه افتد
تا عصای تو اژدها نشودبه دعای تو کس رها نشود
آنکه عون خدای رایت اوستعلم شاه در حمایت اوست
آه ازین ابلهان دیوپرست!همه از جام دیو ساری مست
گر چه داری تو راز خویش نهفتمن درین شهرم و بخواهم گفت
اینکه خود را خموش میدارمگوشهٔعرصه گوش میدارم
گر کسی دیگر این غلط بگذاشتمن بگویم، نگه ندانم داشت
تا تو ریش و سری چو ما باشیجان و دل گرد، تا خدا باشی
گرگ در دشت و شیر در بیشههمه هم حرفتند و هم پیشه
نه تو دینار داری و من دانگبه رخ من چرا برآری بانگ؟
دو الف یک جهت به بینقطیاین سقط چو نشد؟ آن سری سقطی؟
تو به ریش و به جبه معتبریاگر آن ریش واهلی چه بری؟
گفت بگذار، گردمی بایددر غم عشق مردمی باید
زان چنین در بلا و در بندیکه به تقدیر حق نه خرسندی
بندهای، خیز و رخ به طاعت کنزآنچه او میدهد قناعت کن
چیست این زرق و شید و حیله و مکر؟تا دو نان برکنی ز خالد و بکر
زان بر میر و خواجه جای کنیکه توکل نه بر خدای کنی
Müamilə üçün olmasa bir söz,Ağıl ondan ötrü bəhsə girişməz.
Bir addım atmazsan hiylə etmədən,Bir nəfəs çəkməzsən zirq işlətmədən.
Bu uzun-uzadı namaz qılmağın,Haram tikələrdən uzaq qalmağın,
Gündüz yeməməyin doyana qədər,Gecə yatmamağın yad olsa əgər,
Gah qırx bədənlərdən söhbət açmağın,Gah da abdallardan söz danışmağın –
Zirq, riya, deyil, bəs nədir bunlar?!Allahı sevirsən, düz yeri, zinhar!
Sən heç bilirsən ki, kimlərdir abdal?Bilmirsən, nə üçün olmursan bəs lal?!
Kim ancaq görürsə eyib, ya nöqsan,O, hardan biləcək qeybi haradan?!
Sən abdaldan yaxşı ola bilərsən,Çünki yonub abdal düzəldirsən sən?
Uzaqdan gördüyün divdir səninçün,Belə məşhur etmə o divi özün.
Seçmirsən yarmanı əriştədən sən,Bəs divi mələkdən necə seçərsən.
Nədir ovcumdakı, söyləsən əgər,Mən səndən dönmərəm, sağam nə qədər.
Gəl çox tüstüləmə bu ocağı sən,Çıx, çıx, buradan get, qazanc görərsən.
Əmir, şah yolunun üstündə belə,Tor qurub dən səpmə sən hiylə ilə.
Üç bazar əhliylə oturaraq sən,Neyçün alimləri hey incidirsən?!
Yerə lağ edirsən, əsir, xəstədir!Göyə söz atırsan, ağzıüstədir.
Nədir ulduz, fələk? Məcbur olmuşlar!Ünsürlər, təbiət? Muzdur olmuşlar!
Nə elmdən yumşalar ürək sinəndə,Nə Haqdan utanan bir üz var səndə.
Bu mənasız sözlər nəyinə gərək?Bu misi gümüşə tutmaq nə gərək?
Tacir mənfəətdən, ziyandan deyər,Katibsə barmaqdan, xətdən söyləyər.
Vəzir xoş fikirdən deyər, ya şahdan,Əmirlər söz açar qoşun, silahdan.
Bir dəfə söz sordum salus bir pirdən,Dedi ki, Allahı çox görmüşəm mən.
O nadan sözündən odlandım gerçək,Sən yaxşı anla ki, dedim, ey ürək,
Ancaq bir yol gördü peyğəmbər onu,Musa da seyr etdi nur və odunu.
Eşşək tək otlayan bir şeyxcik nədənBu qədər artıqdır peyğəmbərlərdən.
Belə iddianın nə mənası var?!Bədənin can ilə nə işi olar?!
Bunu layiq görsə özünə hər kəs,O, özü-özünə güləcək əbəs.
Şəhərin imamı olsan da əgər,Saçma təkəbbürlə hər yana zəhər.
Dəm vurma Rabiə məqamından sən,Ey arvaddan əskik, öyünmə heçdən.
Arvad kişilərdən top aldı, bir bax!Hər kəs əməlinə qiymət alacaq.
Yığmısan dirhəmi dihrəm üstə sən,Biz üz çevirmişik artıq-əskikdən.
Ay, ili seçmirsən hay-küydən, düzü,Biz susub bilmişik gecə-gündüzü.
Biz səndə olanı atmışıq kənar,Ondan utanmışıq səndə hər nə var.
Deyirik dünyada biz az iz qoyaq.Sənisə cəlb edir eyvan, tağ ancaq.
Əgər bizim kimi qocalsan da sən,Yenə əmirlərə təzim edirsən.
Vəlinin şah ilə de, nə işi var?!Paşa da heç durub milçək ovlayar?!
Əmir çomağına səcdə, etimadAllaha inamdan artıqdır qat-qat.
Bir şeyxin arxası olsa hökmüdar,Onun xəmirindən əli çək kənar.
Dərvişin qılıncı – Allah qılıncı!Darğaya yaraşar padşah qılıncı!
Nəfs yoldan çıxmışdır, onu yola sal,Keçəl uzunçudur, papağını al.
Suçsuzun qamçısı düşərsə əgər,Qeysərin başı da quyuya duşər.
Əjdaha olmamış ta sənin əsan,Heç kəsə bir kömək eyləməz duan.
Kimə Haqq köməyi olarsa bayraq,Ona şah bayrağı hami olacaq.
Dad! Bu şeytanpərəst əbləhlərdən, dad!Şeytanlıq camından məstdilər, heyhat!
Gizli saxlasan da öz sirrini sən,Mən bu şəhərdəyəm, deyəcəm həmən.
Budur dayanmışam burda susaraqMeydanın küncündən asıram qulaq.
Bir səhv buraxarsa burada bir kəs,Haman dəm deyərəm, durmaram əbəs.
Başın bizimki tək ağaran zamanSən ürək, can ol ki, Allah olasan.
Canavar çöldədir, meşədədir şir,Hamısı sənətdə, peşədə birdir.
Nə mənim mülküm var, nə səndə pul var,Qışqırma üstümə mənim biqərar.
Biz ki nöqtəsizik sənlə əlif tək,Bu qəzəb, bu hiddət bəs nəyə gərək?!
Səni məşhur etmiş saqqalla paltar,Saqqalın gedərsə, de, nəyin qalar?
Burax söz-söhbəti, qalsa da bir an,Gərək eşq qəmiylə yaşasın insan.
Haqqın təqdirinə sən şad deyilsən,Odur bəladasan, zəncirdəsən sən.
Əgər bəndəsənsə, sən eylə taət,O, hər nə verirsə, eylə qənaət.
Xaliddən, Bəkirdən ikicə çörəkAlmaqçün bu hiylə, riya nə gərək?!
Allaha təvəkkül etmədiyindənƏmirə, xacəyə sığınırsan sən.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ovhadi-cami-cem-97
Клавиши ← → для перехода, R — случайное стихотворение