Narahat olma
Səndə hünəri var yer ilə göyün,Adınla, eşqinlə fəxr elə, öyün.Arzuma çatıram, lap rahat döyün,Ay ana ürəyi, narahat olma!
Göylər də əyilib üzündən öpər,Ulduzlar nurunu üstümə səpər.Gözümdə işıq var, qəlbimdə təpər,Narahat olma!
Azmaram qoynunda dumanın, çənin,Üstümdə gözü var ana Vətənin.Qəlbim də, ruhum da sənindir, sənin,Narahat olma!
Əriyib piltəyə can verən yağam,Ümid çırağını yandıracağam,Narahat olma!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-narahat-olma
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Gözün aydın, ay düz sözüm,təmiz sözüm, –
Hər nə kim almaq dilersən, al ilə gəl məndən alHər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.
Qəsidə: Ey cahan dövlətinə səy qılan talibi-malEy cahan dövlətinə səy qılan talibi-mal,Dövlətə səy eyləmə, axirəti yadına sal
Yoxdu“Xəstə yox, xəstədir xəstəyə baxan” –atalar sözünün əvəzi yoxdu.