İnsan bir-birini qırdı, tükətdi,Xəyanət nə çoxdu, xiffət nə çoxdu.Gözlə ki, gələcək gözəl günlərin,Hicran nə uzundu, həsrət nə çoxdu.

Vətəndə sayı yox vətənsizlərin,Qərib nə miskindi, qürbət nə çoxdu.“Can-can” deyənlərin seyrəlir sayı,“Qan-qan” deyənlərdə nifrət nə çoxdu.

2000, 5 dekabr

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке