Nə səfalıdı
Gözəl təbiətə, gözəl dünyaya,İnsanın baxmağı nə səfalıdı.Bahar gecəsində zümzümə çalıb,Suların axmağı nə səfalıdı.
Qayanın ucası, dağın göyçəyi,Qalın meşələrin qara birçəyi,Yaşıl çəmənlərin gülü, çiçəyi,Qəlbinə taxmağı nə səfalıdı.
Quşlar oxuduğu nəğmənin səsi,Bahar günlərinin isti nəfəsi,Göyün gurlaması, göyün nərəsi,Şimşəyin çaxmağı nə səfalıdı.
1968, 3 may
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-ne-sefalidi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Yazıq könlüm, nə sızlarsan, bülbülə tay olmusan,Haçan yardan yarımısan, sevilib bay olmusan.
Vərqa sifətin bəyan edər buVərqayi-həmidətül-xəsayil,Bir vəchilə hüsnə oldu kamil.
Üztut söylənciTuncər getdi Qobuyerə üztuta.Yalvaranda yalvarasan tanrıya.
Qəzəl: Bəh, baharın yenə gəldi yelin həmhəməsiBəh, baharın yenə gəldi yelin həmhəməsiQış keçib getdi o qar və külək və dəmdəməsi