Üztut söylənci
Tuncər getdi Qobuyerə üztuta.
Yalvaranda yalvarasan tanrıya.
Odər ata qarşıladı Tuncəri,
Yalvaranda yalvarasan tanrıya.
Dedi: – Sənsən böyük Gücər soy-kökü,
İşdayaqdır, Üstüağdır kötüyün,
Oxbatmazdır çiyindəki örtüyün,
Yalvaranda yalvarasan tanrıya.
Tuncər dedi: – Odər ata Yesnədir,
Bu üztutum suya, oda, günədir,
İnanışım tək ocağa, sənədir,
Yalvaranda yalvarasan tanrıya.
Odər dedi: – Manay qanı qanında,
Mindiyarın al günəşi alnında,
Xançudasan, Buzboğazda, Aranda,
Yalvaranda yalvarasan tanrıya.
Ocaq üstə qoşa atlar kəsildi,
Hər kəsinin uçur göyə içqatı.
Qart öküzlər, kök qoyunlar kəsildi,
Hər kəsinin uçur göyə içqatı.
** Mifik ad
*** Ruh
Bağışlandı xalça, daş-qaş ocağa,
Ordakılar baş əydilər qonağa,
Dilli, dilsiz, hamı durdu ayağa,
Hər kəsinin göyə uçur içqatı.
Üztut ilə yalvarışlar oxundu,
Tuncər, Günay tanrılara sığındı,
Sevinərək günəş güldü, uğundu,
Hər kəsinin uçur göyə içqatı.
Gəlib Günay əl qaldırdı göylərə,
Tanrım, güc ver, yenilməzlik Tuncərə,
Kəsi olum-dedi-sənə yüz kərə,
Hər kəsinin uçur göyə içqatı.
Qobuyerdən əsən yellər qoxulu,
Yerdən alır gül duyumlu iyini,
Gülün şehi gəlir Kürdən, Arazdan,
Yerdən alır gül duyumlu iyini.
Yüngül külək meşələri darayır,
Göy dənizdə qaya, dalğa harayı,
Suya çırpır ağ döşünü qağayı,
Yerdən alır gül duyumlu iyini.
Zirvələrin ağ qardandır balıncı,
Ətəklərin meşəsindən yapıncı,
Şiş qayalar iti-iti qılıncı,
Yerdən alır gül duyumlu iyini.
Ot saralıb, meşələrsə gömgöydür,
Mal-qaraya yaylaq yeydir, dağ yeydir,
Ocaq üstü bu gün səsdir, hay-küydür,
Yerdən alır gül duyumlu iyini.
Qopuz, dınqır, qoşar dilə gəldilər,
Altqat, ** Üstqat çalğılarla birləşir,
El, ocaqla bir-birinə bağlanır,
Altqat, Üstqat çalğılarla birləşir.
** O dünya
*** Bu dünya
Ahur-məzda tanrıların tanrısı,
O günəşdir, Alt, Üst qatın yarısı,
Üzündədir od-ocağın sarısı,
Altqat, Üstqat çalğılarla birləşir.
Odur suyun, odun, otun yiyəsi,
Odur iti inamların tiyəsi,
Odur duru içkimizin meynəsi,
Altqat, Üstqat çalğılarla birləşir.
Tanrı, bizə güc ver, basaq yamanı,
Aramızdan qovaq qanlı yalanı,
Otlar yanır, ondan sular bulanır,
Altqat, Üstqat çalğılarla birləşir.
– Mən qoşaram, el-obanın sözçüsü,
Dınqır ürək oxşarında yaranıb.
Mən elimin oxşarında qoşaram,
Dınqır ürək oxşarında yaranıb.
Mindiyardır dınqırımın telləri,
Dinləyicim bu ölkənin elləri,
Hər mahnımı göyə tutar çöllərim,
Dınqır ürək oxşarında yaranıb.
– Tuncər şaha basırqanlıq yaraşır,
Uca olsun dağlar kimi dağ başı,
Çinar olsun, biz də ona sarmaşıq,
Dınqır ürək oxşarında yaranıb.
Günayı da özü kimi döyüşkən,
Görməyibdir Ağüz belə kürəkən,
Tuncər qaplan, qancıllarsa pişikçə,
Dınqır ürək oxşarında yaranıb.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sohrab-tahir-uztut-soylenci
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Atlar çapdı, gəlib çatdı Çinçaya,Tələsənlər nəyi isə unudur.
Darvidellə döyüş söylənciParsdiyarın səsləncləri gurladı,Döyüşlərdə söz üstündür, güc üstün?
Haçasaqqalla döyüş söylənci– Tunq, mən Tusam, haçasaqqal Tusərəm,“Mənəm” mənəm deyən öndə durur özündən.
Başev söylənciBaşev yedi, içdi, kefdən hallandı,Qarışdırma quşla quzu ətini.