Sinəmdə bir dünya yatır,Həm sevinci, həm qəmi var.Eşq adlanan həmdəmi var,Hər gün yanar güldür-güldür,O, könüldür!

Oylaq olub bağlar ona,İlham verib dağlar ona.Sevən ümid bağlar ona,Vursa – həyat, yansa – küldür,O, könüldür!

Mən də haqsız, o da haqsız,İnsaf eylə, nolar, ay qız.Qırma onu, çalış güldür,O, könüldür!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви