Öldürür
Bəxtinə yazılıb insan oğlunun,Hərəni bir həsrət, bir ah öldürür.Açıb-bükə bilmir günahlarını,Çoxunu batdığı günah öldürür.
Üzülür piltəsi, əriyir şamı,Sökülür sarayı, yıxılır damı.Səssiz güllələrdi yıxan adamı,Silahsız olanı silah öldürür.
Harınlar qarındı, qarınlar harın,Onəlli yapışıb kökündən varın.Gözü bu dünyadan doymayanların,İçini kin yeyir, tamah öldürür.
Yerdən də, göydən də silinir izi,Dizli kişilərin qırılır dizi.Qıran özümüzük bir-birimizi,Kim deyir adamı Allah öldürür.
2004, 31 iyul Truskavets
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-oldurur-2
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bu, sazdımı, ovsundumu,Telə bax, Allah, telə bax!
Üç müqəddəs duyğuÜrəyimdə üç müqəddəs duyğu var,Bir övladım, bir qələmim, bir sazım.
QalacaqYox, mənimlə getməyəcək bu dünya,Mən getsəm də nələr, nələr qalacaq.
Bir şair “dostuma”Qardaş, mən də bu torpağın oğluyam,Elə bilmə çox uzaqdan gəlmişəm.
Стихи других поэтов
Keçən günü ay gül yüzlü dilbərim,Yadə salıb vallah yarım ağlaram,
GəlmədiGecə gündüz intizarın çəkərəm,Aman Allah, yar əyləndi, gəlmədi
KəramətƏya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir
Gəlir keçərEy dil, həmişə gərdişi-dövran gəlir keçər,Hər gün cəfa və möhnəti-hicran gəlir keçər,