Üç müqəddəs duyğu
Ürəyimdə üç müqəddəs duyğu var,Bir övladım, bir qələmim, bir sazım.Çırağıdı taleyimin, baxtımın,Bir övladım, bir qələmim, bir sazım.
El mənimdi, özülüm var, himim var,Bir kök üstə min nəğməli simim var.Qoy danışsın kim olmuşam, kimim var,Bir övladım, bir qələmim, bir sazım.
Övlad ruhum, qələm dilim, saz köküm,Hər üçünə səcdə qılım, diz çöküm.Dərdim olsa, həm dərmandı, həm həkim,Bir övladım, bir qələmim, bir sazım.
Əzizləyər torpağımı, havamı,Döyüş olsa, özü çəkər davamı.Məndən sonra dövranımın davamı,Bir övladım, bir qələmim, bir sazım.
Bir çiçəyəm, torpağım var, göyüm var,Bir ürəyəm, kamanım var, neyim var.Bu Vətənin keşiyində nəyim var –Bir övladım, bir qələmim, bir sazım.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-uc-muqeddes-duygu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Sən dediyin vaxta sığmır arzular,Aman ölüm, mən dediyim vaxtda gə!
Salavat çevirSalamat qurtardın bu çaxnaşmadan,Ağrına, ahına salavat çevir.
Ölümlə tanışlıq.Ölümlə tanışlıq belə başlanır,Çəkilir canından od-atəş indi.
Gənc şairəGirmə bu meydana soyuq ürəklə,Köhnə dəmir kimi qızırsansa, gəl.
Стихи других поэтов · О родине
Səhərdən vardım köyünəGördüm yarım ağlayıbdır
Öyün, millət!O gün millət ki əltafı olub şövkətli sultanın,Hilalın haləsi qılsın əhatə türk övtanın.
Söylə, TanrıSöylə, Tanrı, bu boş qalan yollardan,Gecə vaxtı kimlər keçdi, kim qaldı?
Şübhənmi var?Ey könül, dar-i fənadan köçməyə şübhənmi var,Ol əcəl cami-şərabın içməyə şübhənmi var,