Olmaz
Dodaqların olan kimi,Püstə olmaz, badam olmaz.Yön çevirsən mənə sarı,Ağrım olmaz, qadam olmaz.
Zəhmətimi zay eylədin,Məcnunlara tay eylədin,Sən məni rüsvay eylədin,Daha məndən adam olmaz.
Eşqə həsrət, yara ləlik,Bağrım oldu dəlik-dəlik,Kəs başımı birdəfəlik,Belə çətin edam olmaz.
1999, 20 yanvar
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-olmaz-3
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Sual
Aləm, səndən mən bir xəbər alayım,Cənnətin çırağı nə içindədir?
İlin fəsilləri dörddürQar gedər, yer açılar,Göydən yağış saçılar,
Yad ağı gəzərSəyyad olan seyrə çıxar səhraya,Ya tərlan axtarar, ya dağı gəzər.
Gələn birdir, gedən birdir, qalan birGələn birdir, gedən birdir, qalan bir,Gələn qalmaz, gedən gəlməz, əcəb sir.