Göz yaşım üzümdə arx açar indi
Çəkdi çərxi-fələk oyuna məni,Nə açsa başıma çərx açar indi.Ağrılar hərraca qoyar canımı,Təzə bazar açar, nırx açar indi.
Dərdin qapısında qulam, nökərəm,Dərd Qara keşişdi, mən Yanıq Kərəm.Gözümdən yağışı elə tökərəm,Göz yaşım üzümdə arx açar indi.
Batır qanqalları dizimə mənim,Tale kül üfürür gözümə mənim.Qırx qapı bağlanıb üzümə mənim,Açmağı bacarmır qırx açar indi.
2007, 3 may
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-goz-yasim-uzumde-arx-acar-indi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Aman ağrı, ayaq saxla,sən tutduğun Allahsız iş,
Müşfiqə bir güllə dəydiMüşfiqə bir güllə dəydi,ona dəyən bu güllədən,
Ozan yoxdu, ozan yoxMən deyəni ipə-sapa düzməyə,Yazan yoxdu, yazan yoxdu, yazan yox.
İlhamOxucularla görüşlərin birində mənəbelə bir sual verdilər:“İlham sizin üçün nə deməkdir?”