Oxucularla görüşlərin birində mənəbelə bir sual verdilər:“İlham sizin üçün nə deməkdir?”Cavabım aşağıdakı misralar oldu.

Dəli tufanlara sinə gərənim,Ulu misralara ömür verənim,Haqdan danışanım, haqqı görənim,Çəmənlər qoynundan çiçək dərənim,Dəryalar dibindən ləl çəkənimdil

Oğuzum, qopuzum, sazım, ozanım,Yolu göstərənim, yuxu yozanım,Tanrıtanımazım, Halaypozanım,“Allahu-əkbərim”, sübhüm, əzanım,Doğru danışanım, doğru yazanım,Bəndədən Allaha yol çəkənimdil

Dağdan süzülənim, daşdan qopanım,Qəlbə yayılanım, cana hopanım,Halal yoğuranım, hazır yapanım,Zərrənin içində dünya tapanım,Güllərin gözündən bal çəkənimdifl

Döyüşdə əsgərdi, torpaqda səngər,Dənizdə tufandı, dalğada ləngər.Qələmdə əsərdi, səngərdə əsgər,Haqqın pərvanəsi, haqqın vurğunu,Nahaqqın gözünə mil çəkənimdil

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви