Xatasız ötüşmür xatalı şöhrət
Odlarda, sularda verilir bizə,Odlu duyğularda verilir bizə,Rahatlıq gətirib baş sığallamır,Sonsuz qayğılarda verilir bizə,Dərviş əllərində qızıl almadı,Şirin yuxularda verilir bizəVergili, ilhamlı, butalı şöhrət.
Ən çətin sorğudan, sualdan gəlir,Arzudan, istəkdən, xəyaldan gəlir,Bir başı bağlanır ayrılıqlara,Bir başı şipşirin vüsaldan gəlir.Gödək ömürlüsü haram tikədən,Uzunömürlüsü halaldan gəlir.Tarixdi, yaddaşdı, süddü, sümükdü,Çətinə düşəndə yandırmaq üçünSəməndər quşunun verdiyi tükdü,Arxalı, analı, atalı şöhrət.
Allah vergisinə ağıl verməyə“Ağıllılar” artır, “ağıllar” artır.Bir-bir ayaq açır dedi-qodular,Uydurma söhbətlər, nağıllar artır.Zaman paxırları üzə çıxardır,Paxırlar görünür, paxıllar artır.Kişi papağını yerə vurmağa“Papaqlar altında oğullar” artır.Hazıra nazirtək göydən enməyib,Min dəfə əfdaha ağzından çıxıb,Gəlib bu günlərə çatalı şöhrət.
Odla oynamaqdı, suyla qaynamaq,Xatasız ötüşmür xatalı şöhrət.Allahın işidi, bəndəlik deyil,Var olsun sevgili, butalı şöhrət.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-xatasiz-otusmur-xatali-sohret
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
1991-ci ilin qış günləri idi. Dostlarım məni Qaza xıs -tanın Çu vilayətinə görüşlərə dəvət etmişdilər. XX əsrin
Sürgün qatarıÇiyni tüfənglilər, əli qanlılar,Allahlıq eləyir, baş aparırdı.
Sürgündə can verdi Cavid ƏfəndiAtasının sürgündə faciəli ölümündən danışan birqadın məni heyrətə gətirdi. İlahi! İnsan insana necə
Turanın yollara baxan gözləriİtirdi nurunu şair gözləri,Adına böhtanlar deyildi getdi.