Cahillə alimin arasındadı,Zülümlə zalımın arasındadı,Ölümlə qalımın arasındadıÖzünü öldürmək istəyən adam.

Beynində dumanlı səhər gəzdirir,Qəlbində qəm çəkir, qəhər gəzdirir,Cibində xəlvəti zəhər gəzdirirÖzünü öldürmək istəyən adam.

Qara qış gətirir yaşıl yazına,Dözmür, ağrıların dözmür nazına.Bir kəndirə baxır, bir boğazınaÖzünü öldürmək istəyən adam.

Çəkir əllərini yar ağacından,Üzür ümidini bar ağacından.Qurtuluş gözləyir dar ağacındanÖzünü öldürmək istəyən adam.

Dünya nə, karvan nə, köç nə, istəmir,Günah nə, savab nə, suç nə, istəmir.Ölümdən savayı heç nə istəmirÖzünü öldürmək istəyən adam.

Yıxır küməsini, yıxır damını,Yandırmaq istəmir sönən şamını.Özü hazırlayır öz edamınıÖzünü öldürmək istəyən adam.

Ağlar ürəyini güldürə bilmir,Dərdini heç kəsə bildirə bilmir,Öldürüm desə də, öldürə bilmirÖzünü öldürmək istəyən adam.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О смерти