Ömrün yolları
Allah! Ömrün yolları nə daşlı-kəsəklidi,Addımbaşı yolumda qar gördüm, şaxta gördüm.Sinələrin altına diqqət ilə baxanda,Çoxlarının qəlbini daş gördüm, taxta gördüm.
İnsan sınır, alçalır, sərt ehtiyac olanda,Şah kimi fərman verir başında tac olanda.Dünyanın zillətini lüt, yoxsul, ac olanda –Dünyanın ləzzətini məzəsi toxda gördüm.
Od özümün olsa da, özgələr isindilər,Həyalılar susdular, həyasızlar dindilər.Yalançılar doğrunu heyvan kimi mindilər,Haqqın belində palan, başında noxta gördüm.
Yasım yas üstə gəldi, toyumu çaldıranda,Düşmən gəlib başımı ayağa saldıranda.“Haqqımı verin deyib” səsimi qaldırandaYolların sinəsində qanımı laxta gördüm.
Hər adamın ürəyi el yolunda şam deyil,Bütöv gördüklərim də bütöv deyil, tam deyil.Dünyaya gələnlərin hamısı adam deyil,İnsanın azını saf, çoxunu saxta gördüm!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-omrun-yollari
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Qəza gəldi, xəta tutdu,Kim qaçar ondan, gözəl?
HəsəninYarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,
Xabi-qəflətdən oyansun eşqi-dildar istəyənXabi-qəflətdən oyansun eşqi-dildar istəyən,Bülbüli-şuridə olsun vəsli-gülzar istəyən.
OlurZərrəcə qəm çəkmə, aliyi-həzrətim,Qadir Mövlamız sənə yar olur,