Əlimdən bir xata çıxdı,Əlimdə silah ağladı.Sabaha bir qəbir qazdım,Üstündə günah ağladı.

Axşam ötürdü köksünü,Açılan sabah ağladı.Ruhumda baş-başa verib,Nəfs ilə tamah ağladı.

Üstümə bir duman çökdü,İçimdə bir ah ağladı.Leysan yağış elə yağdı,Sandım ki, Allah ağladı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов