Bir bağbanı çağırdım,Bağından gilas aldım.Tutmadı ovuclarım,Əlimdən gilə saldım.

Havalandım səsiylə,İsindim nəfəsiylə,Bülbülün nəğməsiylə,Sevgimi dilə saldım.

Bağ çiçəkdi, mən arı,Baldı bağbanın barı.Öpdüm gül yanaqları,Meylimi gülə saldım.

2002, 29 iyul

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе