Palıdlar oldu
Küləklər qovanda qaraldı qanı,Bulud göy üzündə buluda dəydi.Şimşək meşələrə saldı tufanı,Zərbəsi yenə də palıda dəydi.
Məğrur bir ağacın aldığı zədə,Budaqdan-budağa gəzdi, car oldu.Günəşin nurunu hamı içsə də,Şimşəklə döyüşən palıdlar oldu!
1975, 17 may
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-palidlar-oldu
Клавиши ← → для перехода, R — случайное стихотворение