Ululardan eşitdiyimə, kitablardan oxuduğumagörə, deyirlər Hz. Peyğəmbərimiz Quranı çox ilahibir avazla oxuyarmış, Elə bil o səsi, o peyğəmbəravazını bu gün mən də eşidirəm...

Aman Allahi Bu nə sehir,bu nə ovsun, bu nə avaz,Mən bu səsdən yer üzündəaz eşitdim, az gördüm, az.Belə sözə, belə səsəömrüm olsun nəzir-niyaz, —Ürək coşur, könül sevir,dodaq gülür, can oxuyur,Bax Peyğəmbər avazına,gör necə Quran oxuyur.

Vaxt əriyir yavaş-yavaş,axşam düşür, gecə keçir,Zamanların sınağındanislam başı uca keçir,Heç bilmirəm mən hardayam,ömrüm-günüm necə keçir, —Bu səslərin işığındasübh açılır, dan oxuyur,Bax Peyğəmbər avazına,gör necə Quran oxuyur.

Bu ovsunun işığınadözmür ürək, dözmür bədən,Bu səslərin işığındakül olmadım, neyçün, nədən?

Ey Yaradan, icazə ver,mən də içim bu çeşmədən, —Ürəklə səs-səsə verib,damarlarda qan oxuyur,Bax Peyğəmbər avazına,gör necə Quran oxuyur.

Yaz da burda, təravət də,yaşıl çəmən də burdadır,Göydə uçan, yerdə gəzən,nurda çimən də burdadır,Çiçək üstə düşən şehinurtək əmən də burdadır, —Arılar sanki bal çəkir,pətək dolur, şan oxuyur,Bax Peyğəmbər avazına,gör necə Quran oxuyur.

Bu neməti dada bilsək,genişlənər darlığımız,Nur içində mələk kimihey paklaşar varlığımız,Kafir olluq, bu səslərəolsa əgər karlığımız, —Yer də, göy də eşqə düşüb,hər tərəf, hər yan oxuyur,Bax Peyğəmbər avazına,gör necə Quran oxuyur.

Taxtı uca, baxtı yeyin,bu avaz şah avazıdı,Durulanıb təmizlənmişulu dərgah avazıdı,Bu, bəndənin işi deyil,bu, bir Allah avazıdı, —Məhəmmədin nəfəsiyləonu bir insan oxuyur,Bax Peyğəmbər avazına,gör necə Quran oxuyur.

Bizdən əvvəl mehə döndü,könüllərdən əsdi bu səs,Bizdən sonra neçə-neçəmin illərə bəsdi bu səs,Heç vaxt sehri azalmayan,təmiz qalan səsdi bu səs, —Səs verib öz Rəsuluna,Xaliqi-Sübhan oxuyur,Bax Peyğəmbər avazına,gör necə Quran oxuyur.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви