Döz ürəyim, döz hələ
Az qalırsan sinəmi,Yara-yara çıxasan.Az qalırsan sinəmdə,Şimşək olub çaxasan.Az qalırsan dünyanı,Yandırasan, yaxasan.Yandırmasın qoy səni,Ocaq hələ, köz hələ.Çatmalı arzular var,Döz, ürəyim, döz hələ!
Məni susdurma, bəsdir,Yaşım qırxa çatmamış,Ömrün, günün yolundaŞax addımlar atmamış.Həyatdan getmək olmaz,Həyatı yaşatmamış.Bizim nə vaxtımızdı,Nə görmüşük biz hələ.Ağrılara baş əymə,Döz, ürəyim, döz hələ!
Qoy bir sərt imtahandan,Ağır sınaqdan keçim,Suallar yarışındaSirdən-soraqdan keçim,Min kitabdan ələnimMinbir varaqdan keçim.Neçə ki, iş olmayıbDediyimiz söz hələ.
Ellərə borcumuz var,Döz, ürəyim, döz hələ!
Mən gərək innən belə,Zəncan görüm, Xoy görüm.Əhərdə, ƏrdəbildəŞadlıq görüm, toy görüm.Oğulsan bu arzudan,Bu istəkdən doy, görüm.Yollardan çəkinməyib,Duman hələ, toz hələ.Təbrizi görməmişəm,Döz, ürəyim, döz hələ!
Qonaqlar özləriniEv sahibi sandılar.Varlığı şübhəlilər,Mənliyimi dandılar.Yağıların sözünə,Naşılar inandılar.Dağıma düz deyirlər,İpəyimə bez, hələ.Həqiqətin eşqinə,Döz, ürəyim, döz hələ!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-doz-ureyim-doz-hele
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bağrıma basıram gecələri mən,Axşamda, səhərdə səni gəzirəm.
Yuxunun əlindən alıb gecəniYuxunun əlindən alıb gecəni,Bir sirdaş olmuşam əriyən şama.
Nə gəl bənövşətək boyun əy, gözəlNə gəl bənövşətək boyun əy, gözəl,Yandırma bağrımı nə lalə kimi.
BilmirəmNeyləyim, mənimki belə düşübdü,Yersiz kəlmələrə dözə bilmirəm.
Стихи других поэтов
Çərx cəfapişə gətir gərdişəBürk aldı qaç olubdu Şirvanımız
Gəraylı: Ellər yaylaqdan qayıtdıEllər yaylaqdan qayıtdıNə yatubsan, oyan yarım
Mürəbbe: Qanlı fələk, səndən şikayətim varQanlı fələk, səndən şikayətim varYar üzünə həsrət qalan mən oldum
Vida qabağıGəl bir daha səni öpüm,Dodaqların qırışmamış.