Teleekranda fələstinli bir anasaçlarını yolub ağlayırdı

Zirvələr əysin başını,Üfüqlər çatsın qaşını,Bulud töksün göz yaşını,Göy ağlasın, sən ağlama!

Tap oğlunu, tap yarını,Ərit həsrətin qarını.Qatillərin vüqarınıƏy, ağlasın, sən ağlama!

Qayğıları zaman çəksin,Dağ daşısın, duman çəksin,Naləsini kaman çəksin,Ney ağlasın, sən ağlama!

Hanı oğulların, hanı,Sellər kimi axdı qanı,Tale döysün ağladanı,Hey ağlasın, sən ağlama!

Haqqın səsi qoyma susa,Qəm sevinci dardan asa,Şərin toyu dönsün yasa,Qoy ağlasın, sən ağlama!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О мудрости