Bir oğru bir parsanın evinə gəldi. Nə qədər ki, axtardı, bir şey tapmadı. Ürəyi sıxıldı. Pirhizkarın xəbəri oldu. Bir kilimi ki, onun üstündə yatmışdı, oğrunun keçdiyi yola atdı, ta naümid qayıtmasın.


Gilanlı Əbdülqədir, pak olsun onun torpağı, Kəbənin hərəmində üz daşlar üstə qoyub hey deirdi:

– Ey Allah, bağışla! Əgər bazxəstə layiqəm, qiyamətdə məni kor durğuz, ta yaxşı üzünə xəcalət olmayım.


Bir dərviş lazımi iş qabağına gəldi. Bir kilim bir dostunun evindən oğurladı. Hakim buyurdu ki, onun əlini kəsələr. Kilim sahibi iltimas elədi ki, mən onu halal elədim.

Hakim dedi:

– Sənin iltimasına görə şəriətin həddini aşağı qoymaram.

Dedi:

– Düz buyurdun. Amma bir kəs ki, vəqf maldan bir zad oğurlaya, onun əlini kəsmək lazım gəlməz. Bu səbəbə ki, fəqir bir şeyə sahib olmaz və dərvişlərə aid hər şeyə sahib olunmaz

Hakim əl ondan götürdü və dedi:

... Dünyaya gəlmişdi ki, məgər oğurluq eləyə belə dostun evindən?

Dedi:

– Ey padşah, eşitməyibsiniz ki, deyiblər: – Dostların evini süpür, düşmənlərin qapısını döymə!


Padşahlardan birisi bir pərhizkarı gördü və dedi:

– Heç bizlərdən sənin yadına gəlir?

Dedi:

– Bəli, hər o vaxt ki, Allahı yaddan çıxardıram.


Saleh adamlardan birisi bir padşahı yuxuda behiştdə gördü və bir pərhizkarı cəhənnəmdə gördü. Soruşdu ki, onun dərəcələrinin səbəbi nədir? Və bunun dərkələrinin səbəbi nə ki, biz bunun xilafını güman eyləyirdik.

Dedilər:

– O padşah dərvişlərə məhəbbət eləməklik səbəbinə behiştdə oldu və bu pərhizkar isə padşahlara yaxın düşmək səbəbinə cəhənnəmdə.

Nə yamaqlı paltar vecinə gələr və nə düyünlü təsbih,
Özünü pis əlillərdən uzqa et.
Ehtiyac börkü böyük qoymaqla deyildir,
Dərvişsifət olgilən, ta tari bərk saxlar.


Bir başıaçıq, ayaqyalın piyada Məkkə karvanı ilə Kufədən işinə gəldi və bizim yoldaşımız oldu. Sevinə-sevinə habelə gedirdi və deyirdi:

– Nə bir dəvəyə suvar olmuşam, nə eşşək kimi yük altındayam. Nə rəiyyət sahibiyəm, nə padşaha qulam. Nazırın qəmi yoxumdu. Bir nəfəs vuraram, asudə bir ömür başa apararam.


Bir şəxs gecəni bir naxoşun başı üstə ağladı. Elə ki, gündüz oldu, o öldü. Naxoş dirildi.


Yunan yerində bir karvanı vurdular və hədsiz nemət apardılar. Sövdəgərlər ağlamaqlıq və sızlamaqlıq eylədilər. Allahı və peyğəmbəri şəfi gətirdilər, fayda vermədi.

Loğman həkim o aralıqda idi. Karvan əhlindən birisi dedi:

– Bir neçə kəlmə hikmətdən və moizədən bunlara degilən, ola ki, bir cüzv bizim maldan əl götürələr ki. Heyf olar ki, bu qədər nemət tələf ola.

Loğman dedi:

– Hikmət kəlməsini bunlara demək heyf olar.

Bir dəmiri ki, mur yedi, ondan sürtməklik ilə pası aparmaqlıq olmaz. Könlü qara adama nə mənfəət və moizə deməklik? Getməz heç dəmir daşa. Salamat ruzgarda könlü sınıqları tap ki, fəqirin könlünü dağlamaqlıq bəla qaytarar. Elə ki, dilənçi səndən sızıldamaqlıq ilə bir zad istədi ver və əgər verməyəsən, zülm eləyən zor ilə alar.

QƏZƏLLƏR

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви