Neyləyim, mənimki belə düşübdü,Yersiz kəlmələrə dözə bilmirəm.Doğruya öyrənib dilim-dodağım,Yalandan, yarğandan düzə bilmirəm.

Sevgisi dənizdi, nərəsi çaydı,Vətən xoş sözümü aləmə yaydı.Gəl mənə demə ki, nə hay-haraydı,Ürəksiz, ilhamsız gəzə bilmərəm.

Şair varlığını elə bağlayar,Məsləkə bağlayar, dilə bağlayar.Adam var, güllərdən şələ bağlayar,Mən çiçək boğazı üzə bilmərəm.

1974, 27 yanvar

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе