Zarafat eyləmə
Zarafat eyləmə, qurbanın olum,Bu dünya zarafat meydanı deyil.Qarışqa yerişi rahat yerişdi,Bu meydan köhlən at meydanı deyil.
Oynadıb çox şeyi umar, oynama,Etsə də ruhunu xumar, oynama,Sən bu qumarbazla qumar oynama,Zarafat gəlməsin sənə bu dünya.
Çox yerdə qəbrini qazan olacaq,Başın qaynamaqdan qazan olacaq,Sanma yaşamağın asan olacaq,Zarafat gəlməsin sənə bu dünya.
Yoxsulluq yoxsulun bağrına oxdu,Mədəsi toxların məzəsi toxdu.Fil var, qarışqaca hörməti yoxdu,Zarafat gəlməsin sənə bu dünya.
Çox yerdə məkrli oyun olacaq,Şir, pələng çevrilib qoyun olacaq,Hələ neçə dəfə toyun olacaq,Zarafat gəlməsin sənə bu dünya.
Ömrünü qar yeyib, qış aparacaq,Xırmandan dənini quş aparacaq,Dünyadan əlini boş aparacaq,Zarafat gəlməsin sənə bu dünya.
Qeybətin quyusu, hiylənin toru,Sənə diri-diri göstərər goru.Başın var, başsızdan başını qoru,Zarafat gəlməsin sənə bu dünya.
Şeytan dura-dura şərlənər dəvə,Qatır quyruğunda hərlənər dəvə.Kinindən yıxılar, tirlənər dəvə,Zarafat gəlməsin sənə bu dünya.
Muğamı ağlamaq, valı ağlamaq,Valın da qırılmış halı ağlamaq.Fışqırıq çalmağın dalı ağlamaq,Zarafat gəlməsin sənə bu dünya.
Yasın yeddisi var, üçü, qırxı var,Qəbir yerinin də haqqı, nırxı var,Ölümdən sonra da min cür qorxu var,Zarafat gəlməsin sənə bu dünya.
Ürəyə çəkilən dağdı, düyündü,Hər gün xırdalanan ömürdü, gündü,Gör bu dəyirmanda kimlər üyündü,Zarafat gəlməsin sənə bu dünya.
Zəlimxan, günahın yeddi qat olar,Həyatın qan dolu bir həyat olar.Zarafat eyləsən, şahın mat olar,Zarafat gəlməsin sənə bu dünya!
1996, 26 may
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-zarafat-eyleme
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Hər gözdə, hər ürəkdə nur olmaq istəyirəm,Çay kimi, dəniz kimi gur olmaq istəyirəm.
NeyləyəsənDeyirdilər Borçalıda yağar keçir havalar,Heç qurağa düzmədimi, yenə yağış yağırmı?
YaylıqKədəri, həsrəti bəzən bir anlıq,Bəzən də həftəlik, aylıq görübdür.
Deyirəm, bu dünya sevənlər üçünDeyirəm, bu dünya sevənlər üçünNecə mehribandı,
Стихи других поэтов
Vardır həqiqi dostlarım –Çıxarmayıblar yadlarından vətəni.
AxtıAxtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,
Dəyən bülbül pərinə daima gülzarsız qalsınDəyən bülbül pərinə daima gülzarsız qalsın,Salan aşiqləri pərgardən pərgarsız qalsın.
Səadətnamə, 84خواجه عبدالرحیم تبریزیبس نکو گفت اگر تو نستیزی