Neyləyəsən
Deyirdilər Borçalıda yağar keçir havalar,Heç qurağa düzmədimi, yenə yağış yağırmı?Dar ayaqda çoxmu çəkib anam mənim yerimi,Ötən günlər, keçən aylar mənsiz ona ağırmı?
Barmağından o torpağa hər gün nur yağa-yağa,Babam bağda çalışırmı hey səhərdən axşama.Əllərində dolu yelin, dodağında oxşama,Fatma nənəm sözə tutub ağ inəyi sağırmı?
Qarlı dağlar, göy dərələr əzəl başdan oylağım,Aləm bilir, o yerlərdən kəsilməmiş ayağım.Göynədi burnumun ucu, cingildədi qulağım,Görən məni yada salan yolmu, izmi, cığırmı?
Hər ürəkdə bir dünyanın, bir aləmin eşqi var,Arzu olur, ümid olur ona həmdəm, ona yar.Deməyin ki, nə hay-haydı, yetməzmi bu suallar,Neyləyəsən, söz ürəyə, arzu qəlbə sığırmı?!
1972, 2 iyul
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-neyleyesen
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Aşiqəm, cismim əgər buzlu cəhənnəmdə yana,Daşımaz qorxulu dağlar bu tükənməz yasımı…
BilirəmKönlüm arzulayır ən gözəl ili,Necə də sevirəm şipşirin dili.
Fələyin bir belə dövrü olacağmış, nə bilimFələyin bir belə dövrü olacağmış, nə bilim?Saralıb bağü gülistan solacağmış, nə bilim?
Səni tanıdıqca...Sevgi çağladıqca gur ümman kimi,Əlçatmaz olursan kəhkəşan kimi,