Ey Məkkəl Sən Allahın ən xeyirliyerisən. Allahın ən sevimli şəhərisən. Əgərsənin əhlin məni səndən çıxarmasaydı, mənsəndən çıxmazdım.(“Hədisi-Şərif”)

Qan-qan deyən yağılarMəni səndən qoparıb,səni məndən alırsa,Kəbə mənsiz qəm çəkib,xəyallara dalırsa,Qansız Əbu Ləhəblərbu qədər alçalırsa,Sənin nə günahın varl

Qoynunda axıracanmən ömür etmədimsə,Bütlərə tapınanındalınca getmədimsə,Kafirlər ucbatındanarzuma yetmədimsə,Sənin nə günahın varl

Qətlimə fərman verib,qanıma susayanlar,Canımı daş parçası,qanımı su sayanlar,Dönmürsə inadındansaydığını sayanlar,Sənin nə günahın varlVətən iman deməkdir,qorunmursa imanı,Peyğəmbərin üstünəçökürsə qəm dumanı,Dürüst seçən yoxdusayaxşı ilə yamanı,Sənin nə günahın varl

Yağılar yeriyirsəüstümə dəstə-dəstə,Verib öz fitvasını,şeytan durursa qəsdə,Sinən meydan olursakafirə, bütpərəstə,Sənin nə günahın varl

Hər bütə bir ad verib,qoruyub “Mənat”ları””,İlah elədilərsə“Üzza”ları??, “Lat”ları””,Başa salammadımsaməndən olan zatları,Sənin nə günahın varl

Hicrət eyləmək ağır,hicrana dözmək çətin,Qayalar əriyərdiolsa da məğrur, mətin.Qədri bilinmədisəbu boyda məhəbbətin,Sənin nə günahın varlök kökÜrək yazıq neyləsin,nə daşdı, nə dəmirdi,İmansız bədəviləronu qurdtək gəmirdi.

Bu hicrət mənlik deyil,İlahidən əmrdi,Ey mənim ulu Məkkəm,qovuşacağam sənəl

Az güldüm, çox ağladım,gözdən selləndi yaşlar,Tənələr yağışındayağdı başıma daşlar.Əriyib yox olacaqsəksəkələr, təlaşlar,Ey mənim ulu Məkkəm,qovuşacağam sənəl

Nə ruhum sakit olar,nə ürəyim dincələr,Uzandıqca yaxamaqara əllər, pəncələr.Səndən soyuda bilməzməni bu işgəncələr,Ey mənim ulu Məkkəm,qovuşacağam sənəl

Ruhum parıldayacaqyaqut kimi, ləl kimi,Çiyninə qonacağamxilaskar bir əl kimi.Ruh kimi, işıq kimi,iş kimi, əməl kimi,Ey mənim ulu Məkkəm,qovuşacağam sənəl

Məkkəm, Kəbəm, işığım,sahmanım, yaraşığım,Nur dağım, qürur dağım,məhəbbəti gur dağım.

Mənim bu hicrətiməözün xeyir-dua ver,özün de uğur, dağım,Ey mənim ulu Məkkəm,qovuşacağam sənəl

Qayıdacağam sənə,Şah damara qan kimi,bədənə nəfəs kimilQuran avazındakıİlahi bir səs kimilAllah eşqinə bağlıtükənməz həvəs kimil

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов