Merac gecəsi
“And olsun ki, (Muhəmməd əleyhissəlam Cəbrayılı özhəqiqi surətində) başqa bir dəfə də (merac vaxtı)görmüşdü,” (Yeddinci göydəki) Sidrətül-müntəhanın yanında.(“ən-Nəcm” surəsi, 13-14-cü ayələr)
İlahidən əmr olundu,onu sevib, duyan gəldi,Cəbrayıl endi Məkkəyə,Peyğəmbərə həyan gəldi.
Şirin-şirin yuxudaydı,“oyan” dedi, oyandırdı,Onu görüb qanadlanan,onu seçib, sayan gəldi.
Hardan gəlib, hara gəlir,hayandadı son duracaq? —Bu sirləri eyləməkçünMəhəmmədə əyan, gəldi.
Ruhda həqiqət varlığı,qəlbində qar təmizliyi,Yaradanın dəvətinietdi ona bəyan, gəldi.
Şirin-şirin dindirdilər,Buraq”” ata mindirdilər,Məscidül-Əqsa nurlandı,ora nişan qoyan gəldi.
Quruldu orda nərdivan,göylərə oldular rəvan,Peyğəmbərin qarşısınagünahları yuyan gəldi.Yeri, göyü, Kainatıgörmək və göstərmək üçünPeyğəmbərin qüdrətiniyer üzünə yayan gəldi.
Bu gözlərlə mən neyləyim,Aç pərdəni gözlərimdənmeracı seyr etmək üçün.Bir kök ilə mən neyləyim,Mənə min kök ver, Allahım,Dönüb Tuba” ağacınacənnətində bitmək üçün.Bizə bir az sirrini aç,Bəsirətlə görə biləknecədi merac gecəsilNecə sirli, müəmmalıgecədi merac gecəsilHər pillədə ucalıqdaYaradanın işığı var.Mələklər də qonaq gəlirPeyğəmbərin görüşünə,Həqiqətdi, möcüzədi,sehrdi merac gecəsilYaradanın varlığınabundan böyük dəlilmi var? —Peyğəmbərin varlığınamöhürdü merac gecəsilNeçə pillə, neçə qapı,neçə qatdan keçib-gedir,Ömrü əbədiyyət olanbir saatdan keçib-gedir.
Ruhumuzun cüt qanadı,başımızın tac gecəsi,Gecələrin sultanıdıgöylərə merac gecəsilAllah ilə salamlaşma,şirin söhbət, sual-cavab,Bu günədək bu səhnəniAça bilmir nə bir elm,nə bir kitabl
O, göylərə çəkilməkləCənnətin gül qucağındagülən insanları gördü,Cəhənnəmin atəşindəalışan canları gördü.Bir gecənin möcüzəsiMin-min ömrə sığışmayanbir müqəddəs işi gördü,Gördü bütün Kainatı,bu çərxi-gərdişi gördü.Onun nurlu pak ürəyi,yandı əsrin şamı kimi,Orda qıldı namazınımeracın imamı kimi.O, göylərə çəkiləndəGörüşünə növbə üçünöz yerini tutdu hərə,Salam aldı, salam verdineçə-neçə peyğəmbərəlNə istədi, yox demədi,Allah verdi qismətini,Günahlardan arındırıbbağışlatdı ümmətinilÜrəyində nə vardısaBircə-bircə xatırlatdı,böldü, yerbəyer eylədi.
Bu ilahi mənzərəninSevincini göylər gördü,bayramını yer eylədi.Onun canlı varlığınıYer üzündə insan görüb,Göy üzündə mələk gördü.Vücudunu nur parçası,nəfəsini çiçək gördü.Can içində canı duydu,göz içində bəbək gördü.İnsan, mələk — hər nə varsa,onu görüb göyə baxdı,Gördü onun camalını,Ləkəsiz bir pak aynaya,ləkəsiz güzgüyə baxdı.
Ulduzları seyrə dalıb,boylanırdı Aya sarı,O üzdükcə hey üzürdüsirr adlı dəryaya sarı.Buraq uçurdu quş kimiMəscidül-Əqsaya sarı, —Ruhun daim can atdığıböyük ehtiyacda ara,Nəyi duymaq istəyirsən,sən onu meracda aral
Dodaqlarda olan gülüş,baxışlarda qəm nə deyir?Saraylarda yanan çıraq,komalarda nəm nə deyir?Burda ona göstəriləncənnət, cəhənnəm nə deyir? —Zalımları, məzlumlarıtoxdan soruş, acda ara,Nəyi görmək istəyirsən,sən onu meracda aralŞərbəti yox, südü içdi,süd dolu bir camda nə var?Yollarına işıq salançilçıraqda, şamda nə var?Məscidül-Əqsa nə deyir,Məscidül-Həramda nə var? —Haqq evinin kərəminiziyarətdə, hacda ara,Nəyi bilmək istəyirsən,sən onu meracda aral
O elə bir ucalıqdı,tapa bilməz səyyah onu,Sevinirdi, hər sirrindəneylədikcə agah onu.Niyə seyrə, ziyarətədəvət etdi Allah onu? —Bir dərdə min dərman verənağrıya əlacda ara,Nəyi tapmaq istəyirsən,sən onu meracda aral
Peyğəmbərim heçə saydıqızılları, axçaları,Lap yaxından seyr eylədimələk gəzən bağçaları,Tanrı ancaq ona açdıbağlı qalan boğçaları, —Bu gizlini haqq naxışlıərişdə, arğacda ara,Nəyi görmək istəyirsən,sən onu meracda ara.Yer üzündə nəsil-nəsilsaya gəlməz insan vardı,Ürək vardı, ağıl vardı,insaf vardı, vicdan vardı,Hər insanda Yaradandanİlahi bir nişan vardı, —Niyə seçdi Məhəmmədi,sevgi adlı tacda ara,Nəyi sevmək istəyirsən,sən onu meracda aralök ək ökÇox düşündüm, çox aradımbu sevginin sirlərini,Nur içində nur yaradannemətdi merac gecəsi.
Damlasından dəryasınadünyaları görmək üçünPeyğəmbərə nəsib olanqismətdi merac gecəsi.
Qiyamətin gününədəkçəkər bizi doğru yola,Bəşər üçün bir fürsətdi,möhlətdi merac gecəsi.
Min-min kitab yazılsa da,min bir dəfə azdı yenə,Ruh ilə can arasındasöhbətdi merac gecəsi.
Hər adamı qaldırmır ki,Yaradan öz dərgahına,İnsan üçün bir ibrətdi,qiymətdi merac gecəsi.
Ya Məhəmməd, sən qovuşanucalığa qurban oluml —Kim istəməz o cənnəti,cənnətdi merac gecəsi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-merac-gecesi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Dərd-qəmin ərbabıyam,Dərdlər məndən irad olmaz,
Yalvarım ağaBunda kim var, dirəm, yar vəfadarım ağa,Çəkibən xəlvətə bir sirr açım əsrarım ağa,
PayızPayız olur, əsir soyuq küləklər,Solur dağda, çöldə əlvan çiçəklər.
Mürəbbə: Nə fəğan eylərsən, ey dəli könülNə fəğan eylərsən, ey dəli könül,Dünya xublarının yoxdu vəfası.