Gözəl üzlər, gül çöhrələrgözəlləşdirdi dünyanı,Alov saçan ürəklərəodlu təndir kimi baxdım.

Yerində deyilən sözlərşərəfim, şöhrətim oldu,Yerinə düşməyən sözəağır təhqir kimi baxdım.

Tanrıdan aldığım nurubol-bol insana payladım,Hər kim ağsaqqal oldusa,mən ona pir kimi baxdım.

Çox-çox arzulayan oldu,az-az insanlara çatdı,Ağsaqqala möcüzətək,müqəddəs pir kimi baxdım.

Özü Haqdan, sözü Haqdan,ilhamı Haqdan gələnə,Sözdə Səməd Vurğun kimi,sazda Şəmşir kimi baxdım.

Sevgi doldu ürəyimətək olan Allahım kimi,Birliyinə baş endirdim,birinə pir kimi baxdım.

Sazın-sözün meydanındaZəlimxan heç qısılmadı,Mən ona harda baxdımsa,şir oğlu şir kimi baxdım.2004, noyabr

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов