Qara sazın yaddaşı
Qəbrə köçmür, qəlbə köçür,qana köçürTelli sazın yaddaşınaköçən adam.Nağıl olur, nağıla,dastana köçürTelli sazın yaddaşınaköçən adam.
“Divani”ylə haqsızlaradivan eylər,“Mansırı”yla göz yaşınırəvan eylər.“Ruhani”ylə qocalarıcavan eylər,Qara sazın yaddaşınaköçən adam.
Cəsarətdi, qılıncınıqoymaz qına,Həqiqətdi, vüqarımızqoymaz sına,Qara sazın yaddaşınaköçən adam.
Zaman-zaman könüllərləsöhbətdədi,Yerdə yerlə, göydə göyləvəhdətdədi.
Elə bilsin bir əbədicənnətdədi,Telli sazın yaddaşınaköçən adam.
Gözdən keçib ruhda, qandayaşayacaq,Sazda, sözdə, başda, candayaşayacaq,Neçə-neçə ZəlimxandayaşayacaqQara sazın yaddaşınaköçən adam.
2003, 18 mart
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-qara-sazin-yaddasi
Клавиши ← → для перехода, R — случайное стихотворение