” Xeyr, (o gün) heç bir sığınacaq olmayacaqdır” O gün (ey insan1) duracaq (pənah aparılacaq)yer ancaq Rəbbinin hüzurudurl“ O gün insana öncə etdiyi və sonraya qoyduğu nəvarsa (sağlığında dünyada gördüyü işlər vəöləndən sonra qoyub getdiyi yaxşı, pis nə varsa,hamısı) xəbər veriləcəkdirl(“Qiyamə” surəsi, 11-13-cü ayələr)

“Qiyamət nə zamanqopacaq?” — demə,Hər gün qiyamətiqopur dünyanın.Harınlar, haramlar,haramzadələrSağını, solunuçapır dünyanın.Xəbis sifətlilər,İblis donlularEvini kökündənyıxır dünyanın.Həyatın sonunudərk etməyənlər,İblis niyyətinitərk etməyənlərHər gün axırınaçıxır dünyanın.Qiyamət gözləmə,ey insan oğlu,Hər gün qiyamətdi,hər gün qiyamdı.

Hər gün ləyaqətinsinəsi dağlı,Hər gün həqiqətinqolları bağlı.Yıxılan saraydı,sökülən damdı,Hər gün qiyamətdi,hər gün qiyamət.Şərdi şeytanınkı,məhəbbət deyil,Nifrət müsibətdi,mərhəmət deyil.Hər açılan süfrəziyafət deyil,Ağılı plovdu,zəhərli camdı,Hər gün qiyamətdi,hər gün qiyamdı.Böyük qiyamətəhazırlıq görürXırda qiyamətlər,xırda qiyamlar.Yandırır insanıqır qazanında,Görür öz işiniqırda, qiyamlar.Qiyamət deyilmibu yer üzündəAğrının, acınınərşə çatması?Böyük qiyamətəmöhlət dövrüdürAllahın bu qədərvaxt uzatmasılAxır su yerinətökülən qanlar,Qanı ara yerdəbatan cavanlar,Əzilən kəllələr,kəsilən başlar,Hələ də kəsməyənqanlı savaşlar,Dumanlı talelər,tapdanan haqlar,Qırılan ümidlər,sönən ocaqlar,Yetim uşaq kimisıxılan evlər,Bağlanan qapılar,yıxılan evlərBöyük qiyamətəaparır bizi.Nifrət ildırımı,qəzəb şimşəyiÇəkib kökümüzdənqoparır bizi.Pislik yarışıdırgedən dünyada,Hələ ki yaxşılıqyarışı yoxdur.Dillərin, dinlərin,əqidələrinSavaşı olsa da,barışı yoxdur.Qana bələnməmişyazıq torpağınYoxdu bir addımı,qarışı yoxdur.Göy göyə çəkilib,yer yerə batıbGüllə yağışından,silah əlindən.

Çaylar təmizləməz,dənizlər yumaz,Oğulsan, təmizləngünah əlindən.Nə biz əyləşirik,nə o dayanır,O bizə, biz onayaxınlaşırıq.Qiyamət deyilən,məşəqqət deyənBir həddə, bir sonayaxınlaşırıq.Qiyamət gününə,məhşər vaxtınaMömin - dilindəkişükürlə gedir.Yenə Allahınaibadətdədir,Duayla, səcdəylə,zikrlə gedir.İşıqlı ürəklə,ağıllı başla,Halal düşüncəylə,fikirlə gedir.Kafiri yenə dəşeytan aldadır,Tanrı hüzuruna,Allah taxtınaNifrətlə, qəzəblə,məkrlə gedir.Kiflənir varlığıkir, pas içində,Məhşər ayağınabu kirlə gedir.Cəhənnəm mələyiçağırır onu,Gör orda nə gündə,nə zillətdədir.Cənnətin qapısımöminə açıq,Möminlər yenə dəgözəl əməldə,Aqillər yenə dəfəzilətdədir.Günahla gedənlərməşəqqət çəkir,Savabla gedənlərşərafətdədir.Sözün nəsihətdi,ya PeyğəmbərimlFikrin həqiqətdi,ya PeyğəmbərimlAnd olsun sən deyəno qiyamətə,And olsun sevgiyə,eşqə, hörmətə,Tanrı məqamında,Allah yanındaMöminlə kafirinyeri, məqamı,Sözü, mərtəbəsibir olmayacaqlBaşa çəkiləcəkmömin bəndələr,Kafirə heç yerdəyer olmayacaqlHər kəs dərk edəndəöz əməliniHeç kəsdə bir gizlinsirr olmayacaqlCəhənnəm işidiböhtan da, şər də,Cənnət dünyasındaşər olmayacaql

Yurdu bu dünyadapir olmayanınYeri o dünyadapir olmayacaqlEy günah sahibi,qoymurdun yaxın,Deyirdin yalandıməhşər, qiyamət,Deyirdin yalandı,sur olmayacaqlİsrafil surunugötürüb indi,Kafirlər başındatufan qopandaAllahdan işarə,imandan nişan,Səndə bircə damlanur olmayacaqlAzad gəzməyinəbir qarış məkan,Rahat yatmağınagor olmayacaqlAnd olsun Peyğəmbərmərhəmətinə,And olsun Peyğəmbərməhəbbətinə,Göylərin üzündəAy tutulanda,Gözün bərələcəkzülmət içində.Vaxtın olmayacaqtəmizlənməyə,Qəlbin çırpınacaqxiffət içində.Daha xilas yolutapılmayacaq,Hayana qaçsan dadəhşət içində.Yığışdır özünü,ey insan oğlu,Yaxşı aç gözünü,ey insan oğlulSəs gəldi yetişdi,ün gəldi çatdı,Budur, istəsən də,istəməsən də,Qiyamət deyiləngün gəldi çatdı,Boşuna deyilmirqiyamət günü,İntiqam günüdür,qəzəb günüdür.Xilaskar olanıntoyu, bayramı,Günahkar qalanınəzab günüdür.Seçilər əməlinpisi, yaxşısı,Tərəzi qurulub,hesab günüdür.Əyrimi, doğrumu,yaxşımı, pismi? —Bütün suallarıncavab günüdür.

Tanrı varlığınaşəkk edənlərin,Əslinə, nəslinə,halına vay, vaylSabah daş üstündədaşı qalmayan,Yığılan mülkünə,malına vay, vayl

Kafirin qazancıgəlməz karına,Lənət qazancına,lənət varınalSolan bağçasına,solan barına,Dəyməmiş tökülənkalına vay, vayl

Atəşdə kül oldu,sərinləşmədi,Ağlı dayaz oldu,dərinləşmədi,Heç zaman acısışirinləşmədi,Zəhərə çevrilənbalına vay, vayl

Nə yaxşı ki, bir qorxu var,adı — qiyamət qorxusulNə yaxşı ki, bir qorxu var,odu — qiyamət qorxusulSöz eşitməz, rüşvət almaz,qohum bilməz, yad tanımaz,Seçməz orda bir tanışı,yadı — qiyamət qorxusul

Yüz yerindən yara açar,yoxlar — qiyamət qorxusulDözümünü, iradəniyoxlar — qiyamət qorxusulNə durmağa bir yer olar,nə qaçmağa sığınacaq,Ən pis gündə qəfil sənihaqlar — qiyamət qorxusul

Dünya səni atıb gedər,çiynində bir yük saxlamaz,Ağzında bir salamat diş,başında bir tük saxlamaz.Qiyamətin işgəncəsiişə salar var gücünü,Bədənini əzər-tökər,sınmamış sümük saxlamazl

Nə yaxşı ki, hər könüldədərd yükü, qəm əzabı var,Nə yaxşı ki, gözdə nisgil,kirpikdə nəm əzabı var,Nə yaxşı ki, mömin üçünyaşıl cənnət seyrəngahı,Nə yaxşı ki, kafir üçünbir cəhənnəm əzabı var.

Bir kimsə ki, alammadıAllahından rizasını,Hardan bilsin kim yaradıbonun min bir əzasını?“Məndən yan keçdi” deyəninbağışlanmaz bir səhvi var,Darıxmasın, çəkdirəcəkRəbbim ona cəzasınıl

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов