Qoruyun insanları
Kəlməsindən bal damar dili ballar içində,Özü də müdrikləşər ağsaqqallar içində,Başı bəlalar çəkər qeylü qallar içində,Görməmiş gədələrdən qoruyun insanları!
Soyudar öz işindən sənətkarın əlini,Gethagedə döndərər xalqın gəlhagəlini,Qırar hər köntöy baxış bir sevginin belini,Qəfləti zədələrdən qoruyun insanları!
Çağırmayın məclisə hər nadanı, alçağı,Fitnələrin əlində üzülər ömrün tağı,Azmı görüb gözlülər şərbət içində ağı,Zəhərli badələrdən qoruyun insanları!
Yoxsa ədalət, divan, yaxşı, yaman çaş düşər,Duyanların gözündən qan süzülər, yaş düşər.Ömrünün sarayından kərpic enər, daş düşər,Amansız hədələrdən qoruyun insanları!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-qoruyun-insanlari
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Əldə qələm, dildə söz,gözdə atəş, canda od,
Doğulan gedirsəBir yoldu, gedirəm daşlı-kəsəkli,Gedirəm içimdən çölümə doğru.
Məzar daşlarıAğrıya heykəldi, dərdə abidə,Bu ağrı daşları, azar daşları.
Mənə bu dərdləri sən çəkdirmisənİlan ili bəlli, İt ili bəlli,Dovşan ili bəlli, At ili bəlli,